get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Ödəmə və balans

Ödəniş kartları

İstənilən dəyərdə ödəniş kartı ilə həm öz, həm də digər abunəçinin balansını artıra bilərsiniz

images-phone

Ödəniş kartları və balansın artırılması

Kartların nominalı və istifadə müddəti (yalnız fakturasız xətt abunəçiləri üçün)

  • 1 7 gün
  • 2 14 gün
  • 3 30 gün
  • 5 60 gün
  • 10 90 gün
  • 25 180 gün
  • 50 180 gün
  • 100 180 gün

Fakturasız xətt abunəçiləri üçün ödəniş kartlarının qüvvədə olma müddəti kartın istifadə olunduğu vaxtdan etibarən 180 gün təşkil edir.

Fakturalı xətt abunəçiləri üçün ödəniş kartları müddətsizdir və istənilən an yüklənə bilər.

Ödəniş kartlarının etibarlılıq müddəti kartın yükləndiyi gündən hesablanır.

Onlayn və ya ödəmə köşklərindən həyata keçirilən ödəniş məbləğləri 30 dəqiqə ərzində nömrənin balansda əks olunur.

Diqqət

Fakturalı xətt abunəçiləri köhnə tipli Sim-Sim ödəniş kartlarından hazırda da istifadə edə bilərlər. Balansın artırılması qaydası eynidir.

27.09.2016-ci il tarixindən etibarən, ilk dəfə əldə edilən yeni fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan kampaniya çərçivəsində hədiyyə balans əldə edilməsi şərtləri dəyişdirilir. Yeni fakturasız (SimSim) xətt sisteminə aid bu nömrələr aktiv edildiyi tarixdən etibarən 10 təqvim günü ərzində ən azı 1 AZN nominalında ödəniş kartı (paycell və digər xidmətlər çərçivəsində yüklənən məbləğlərə şamil edilmir) nömrənin balansına yükləndikdə 3 AZN məbləğində hədiyyə balans imkanı yaradılır. Hədiyyə balansı 30 gün müddətində istifadə edilə bilər. Müvafiq müddət ərzində yükləmə etməyən nömrələrə kampaniya şərtləri şamil edilmir.

Faydalı məlumat

Öz balansını artırmaq üçün

Fakturasız xətt abunəçiləri üçün:

  • *101*13 rəqəmli kod#YES kodunu yığmaq;
  • 1001 nömrəsinə zəng etmək, səsli yardımın köməyi ilə 13 rəqəmli şifrəni daxil edib # düyməsini sıxmaq;
  •  *131*13rəqəmli kod#YES kodunu yığmaq kifayətdir.

 

Fakturalı xətt abunəçiləri üçün:

  • *131*13 rəqəmli kod#YES kodunu yığmaq;
  • 650 nömrəsini yığmaq (zəng pulsuzdur), səsli yardımın köməyi ilə 13 rəqəmli şifrəni daxil edib # düyməsini sıxmaq və ya 13 rəqəmli kodu SMS-lə 650 nömrəsinə göndərmək kifayətdir.

Digər abunəçinin balansını artırmaq üçün

Digər fakturasız xətt abunəçisinin balansını artırmaq üçün 131*(operatorun kodu) nömrə*13 rəqəmli kod #YES yığmaq kifayətdir.

Digər fakturalı xətt abunəçisinin balansını artırmaq üçün *141*(operatorun kodu) nömrə*13 rəqəmli kod#YES yığmaq kifayətdir.

Yalnız abunəçinin balansında kifayət qədər məbləğ olduğu təqdirdə ödəniş kartını başqa abunəçinin balansına köçürmək mümkündür. Abunəçinin neqativ balansı varsa borc məbləğ ödəniş kartındakı məbləğdən çıxılır. Ödəniş kartının məbləği neqativ balans məbləğindən çox olduqda, yerdə qalan məbləğ balansa avans kimi köçürülür.

Əlavə məlumat

Rominqdə fakturasız xətt abunəçilləri üçün balansın artırılması eyni qaydada həyata keçirilir.

Fakturalı xətt abunəçiləri 13 rəqəmli şifrəni 650-yə göndərməklə və ya 141 xidməti vasitəsilə balansı artıra bilərlər.

Nəzərə alınmalıdır ki, ivr xidmətləri Azərbaycan hüdudlarından kənarda işləmir.

Balans artırıldıqdan sonra əməliyyatın uğurla həyata keçirildiyinə dair SMS bildirişi müvafiq nömrəyə göndərilir.
Fakturalama keçirilən saatlarda ödəniş kartlarının yüklənilməsində çətinlik yarana bilər. Belə hallarda kartları növbəti gün 09:00-dan sonra yüklənilməsi tövsiyyə edilir.

13 rəqəmli kodu daxil etmək üçün hər bir abunəçiyə üç şans verilir. Kod üçüncü dəfə də yanlış daxil edildikdə, balans artırma xidməti 24 saatlıq bloklanır. Xidmətdən təkrar şəkildə dərhal istifadə etmək üçün 1001 nömrəsinə (fakturasız xətt) və ya 650 nömrəsinə (fakturalı xətt) boş SMS göndərmək lazımdır. Hər bir SMS üçün xidmət haqqı 0.02 AZN təşkil edir.

Bu xidmət fakturalı xətt abunəçiləri üçün nəzərdə tutulmamışdır.