İstənilən dəyərdə ödəniş kartı ilə həm öz, həm də digər abunəçinin balansını artıra bilərsiniz
Fakturasız xətt abunəçiləri üçün ödəniş kartlarının qüvvədə olma müddəti kartın istifadə olunduğu vaxtdan etibarən 180 gün təşkil edir.
Fakturalı xətt abunəçiləri üçün ödəniş kartları müddətsizdir və istənilən an yüklənə bilər.
Ödəniş kartlarının etibarlılıq müddəti kartın yükləndiyi gündən hesablanır.
Onlayn və ya ödəmə köşklərindən həyata keçirilən ödəniş məbləğləri 30 dəqiqə ərzində nömrənin balansda əks olunur.
Diqqət
Fakturalı xətt abunəçiləri köhnə tipli Sim-Sim ödəniş kartlarından hazırda da istifadə edə bilərlər. Balansın artırılması qaydası eynidir.
27.09.2016-ci il tarixindən etibarən, ilk dəfə əldə edilən yeni fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan kampaniya çərçivəsində hədiyyə balans əldə edilməsi şərtləri dəyişdirilir. Yeni fakturasız (SimSim) xətt sisteminə aid bu nömrələr aktiv edildiyi tarixdən etibarən 10 təqvim günü ərzində ən azı 1 AZN nominalında ödəniş kartı (paycell və digər xidmətlər çərçivəsində yüklənən məbləğlərə şamil edilmir) nömrənin balansına yükləndikdə 3 AZN məbləğində hədiyyə balans imkanı yaradılır. Hədiyyə balansı 30 gün müddətində istifadə edilə bilər. Müvafiq müddət ərzində yükləmə etməyən nömrələrə kampaniya şərtləri şamil edilmir.
Fakturasız xətt abunəçiləri üçün:
Fakturalı xətt abunəçiləri üçün:
Digər fakturasız xətt abunəçisinin balansını artırmaq üçün 131*(operatorun kodu) nömrə*13 rəqəmli kod #YES yığmaq kifayətdir.
Digər fakturalı xətt abunəçisinin balansını artırmaq üçün *141*(operatorun kodu) nömrə*13 rəqəmli kod#YES yığmaq kifayətdir.
Yalnız abunəçinin balansında kifayət qədər məbləğ olduğu təqdirdə ödəniş kartını başqa abunəçinin balansına köçürmək mümkündür. Abunəçinin neqativ balansı varsa borc məbləğ ödəniş kartındakı məbləğdən çıxılır. Ödəniş kartının məbləği neqativ balans məbləğindən çox olduqda, yerdə qalan məbləğ balansa avans kimi köçürülür.
Rominqdə fakturasız xətt abunəçilləri üçün balansın artırılması eyni qaydada həyata keçirilir.
Fakturalı xətt abunəçiləri 13 rəqəmli şifrəni 650-yə göndərməklə və ya 141 xidməti vasitəsilə balansı artıra bilərlər.
Nəzərə alınmalıdır ki, ivr xidmətləri Azərbaycan hüdudlarından kənarda işləmir.
13 rəqəmli kodu daxil etmək üçün hər bir abunəçiyə üç şans verilir. Kod üçüncü dəfə də yanlış daxil edildikdə, balans artırma xidməti 24 saatlıq bloklanır. Xidmətdən təkrar şəkildə dərhal istifadə etmək üçün 1001 nömrəsinə (fakturasız xətt) və ya 650 nömrəsinə (fakturalı xətt) boş SMS göndərmək lazımdır. Hər bir SMS üçün xidmət haqqı 0.02 AZN təşkil edir.