get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Premium

Premium

Üstünlüyü seç!

images-serbest

Tarif paketləri

Premium 50GB
50GB

İnternet

Limitsiz*

Şəbəkədaxili zənglər

800 dəq.

Şəbəkəxarici zənglər

Yazışma

1GB

1GB

Rouminq

Qoşulmaq üçün "P50" yazıb 7575-ə göndər

Premium 75GB
75GB

İnternet

Limitsiz*

Şəbəkədaxili zənglər

900 dəq.

Şəbəkəxarici zənglər

Yazışma

1GB

2GB

Rouminq

Qoşulmaq üçün "P75" yazıb 7575-ə göndər

Premium 100GB
100GB

İnternet

Limitsiz*

Şəbəkədaxili zənglər

1000 dəq.

Şəbəkəxarici zənglər

Yazışma

1GB

3GB

Rouminq

Qoşulmaq üçün "P100" yazıb 7575-ə göndər

*Şəbəkədaxili zənglər üçün aylıq maksimum müddət 3000 dəqiqə təşkil edir.

Tarif paketləri

Aylıq ödəniş Şəbəkədaxili zənglər Şəbəkəxarici zənglər Rouminq Qoşulma
1 Premium 50GB 59 AZN Limitsiz* 800 dəq. 1GB "P50" yazıb 7575-ə göndər
2 Premium 75GB 79 AZN Limitsiz* 900 dəq. 2GB "P75" yazıb 7575-ə göndər
3 Premium 100GB 99 AZN Limitsiz* 1000 dəq. 3GB "P100" yazıb 7575-ə göndər

*Şəbəkədaxili zənglər üçün aylıq maksimum müddət 3000 dəqiqə təşkil edir.

Əlavə məlumat

“Premium” tarif paketlərinə istənilən fakturasız xətt abunəçiləri qoşula bilərlər.

Abunəçilər " Premium " tarifini aktivləşdirmək üçün 7575 qısa nömrəsinə müvafiq açar sözləri göndərə bilərlər:

  • " Premium 50GB"üçün P50;
  • " Premium 75GB"üçün P75;
  • " Premium 100GB"üçün P100;

7575 nömrəsinə göndərilən 1 SMS-in qiyməti 0.01 AZN-dir.

İstənilən " Premium " tarif paketini müvafiq USSD kodu yığmaqla və ya "Azercell" tətbiqində də aktivləşdirmək mümkündür:

  • " Premium 50GB" üçün *750*4*150#YES;
  • " Premium 75GB" üçün *750*4*175#YES;
  • " Premium 100GB" üçün *750*4*1000#YES;

" Premium " tarif paketinə qoşulduqda abunə haqqı balansdan silinir, bonuslar isə balansa əlavə olunur.

Tarif 30 gün ərzində etibarlıdır və bu müddətin sonunda balansda kifayət qədər vəsait olarsa, tarif paketi avtomatik olaraq yenilənəcək. Əgər balansda lazımi qədər vəsait yoxdursa, sistem balansda kifayət qədər pul olana qədər tarifi yeniləməyə çalışacaq.

Bonuslar haqqında məlumat üçün:

  • 2112 qısa nömrəsinə boş SMS göndərin (SMS-in qiyməti 0.02 AZN-dir);
  • *111*1*7#YES yığın;
  • “Azercell” mobil tətbiqi vasitəsilə məlumat əldə edin. (Tətbiqi *110#YES yığmaqla yükləyə bilərsiniz).

“Premium” tarifi çərçivəsində WhatsApp və Facebook Messenger tətbiqlərində yazışma üçün 1GB-dək trafik təqdim edilir. Mesajlaşma üçün təqdim olunan trafik bitdikdə istifadəçi balansında mövcud olan digər internet resurslarından istifadə edə biləcək. Əgər balansda başqa internet resursları yoxdursa, pulsuz yazışmaq mümkün olmayacaq.

“Premium” tarifinə keçid etdikdə abunə haqqı balansdan silinir və balansa tarif bonusları əlavə edilir. Bonuslar 30 gün ərzində etibarlıdır. İstifadə müddəti bitdikdən sonra mövcud bonuslar növbəti aya keçirilmir və sıfırlanır. Paketi bir ay müddətinə və gündə bir dəfədən çox olmamaq şərtilə (24 saat) yeniləmək mümkündür. Paketi yeniləmək üçün açar sözü 7575 qısa nömrəsinə göndərmək lazımdır. Tarifi, həmçinin USSD kod və ya “Azercell” tətbiqi vasitəsilə aktivləşdirmək olar. Mövcud paketin bonusları yeniləndikdən sonra ləğv edilir.

“Premium” tarifi çərçivəsində təqdim olunan bonuslar tükənibsə, lakin paketin istifadə müddəti hələ bitməyibsə, xidmət qiyməti aşağıdakı kimi olacaq:

  • 1 zəngin (ölkədaxili) dəqiqəsi 0.06 AZN təşkil edir.
  • 1MB = 0.05 AZN
  • 1 SMS = 0.05 AZN

Balansda növbəti aylıq abunə üçün kifayət qədər vəsait olmadıqda (həmçinin digər internet paketləri olmadıqda) xidmətin dəyəri:

  • 1 zəngin (ölkədaxili) dəqiqəsi 0.08 AZN təşkil edir.
  • 1MB = 0.05 AZN
  • 1 SMS = 0.05 AZN

İstifadədə üstünlük 55GB istisna olmaqla, qalan bütün hallarda internet paketlərinə veriləcək.

Bonusun istifadə müddəti bitdikdən sonra internet paketini yenidən aktivləşdirmək mümkündür. Yeni paket sifariş etmək üçün abunəçi keçidlərdən istifadə edərək xüsusi səhifəyə də yönləndirilə bilər.

1 MB = 0.05 AZN

İnternet üçün hesablama intervalı 51KB təşkil edir.

Zəngin hesablanma intervalı 60 saniyədir.
“Premium” tarif paketindən digərinə keçid zamanı mövcud paketin bonusları ləğv edilir.
Tarifdaxili bonus dəqiqələri rouminq, beynəlxalq zənglər, xüsusi kodlu (* ilə yığın) və qısa nömrələr üçün istifadə edilə bilməz. Həmçinin “Zəngimi ödə” xidməti çərçivəsində abunəçinin telefonuna zəng olunarsa, müvafiq vəsait tarif daxilində təqdim edilən dəqiqələrdən deyil, balansdan çıxarılacaq.
7575 nömrəsinə göndərilən hər sorğu üçün balansdan 0.01 AZN silinir.
1 SMS-in qiyməti 0.05 AZN təşkil edir.
“Premium” tarifi haqqında ətraflı məlumat almaq üçün “P” yazıb 7575 nömrəsinə göndərmək lazımdır.

Əgər abunəçinin nömrəsində hər hansısa rouminq paketi aktivdirsə, “Premium” tarifi çərçivəsində təqdim edilən internet paketini aktiv etmək üçün standart paket ləğv etməlidir. Həmçinin standart rouminq paketi aktiv olduqda prioritet həmin paketə verilir, daha sonra isə “Premium” tarifinin bonuslarından faydalanmaq mümkün olur.

Bonuslar “Premium” tarifinə uğurla qoşulduqdan və ya tarif yeniləndikdən dərhal sonra balansa köçürülür və onları müxtəlif vaxtlarda yeniləmək mümkündür.

Prioritet əvvəlcə yazışma üçün nəzərdə tutulan trafikə, daha sonra isə tarifin əsas paketinə verilir. Əsas paketin resursları tükəndikdən sonra və aktiv internet paketi olmadıqda abunəçi keçidləri olan xüsusi səhifəyə yönləndirilir.

Ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz.