get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Xüsusi təkliflər

"Hədiyyə Çarxı" kampaniyası

Hər həftə sürpriz bir hədiyyə!

images

Ümumi məlumat

  1. “Hədiyyə Çarxı” kampaniyasının müddəti: 01.03.2021 - 31.12.2024.
  2. Kampaniya həftəsi hər cümə günü başlayır və növbəti həftənin cümə axşamı 23:59-a qədər davam edir. Bu müddət ərzində müştərilər istənilən gün və istənilən zaman kampaniyadan yararlana bilərlər.
  3. Abunəçilər bir kampaniya həftəsi ərzində yalnız bir hədiyyə qazana bilərlər.
  4. Bütün fərdi fakturasız və fakturalı xətt abunəçiləri kampaniyada iştirak edə bilər (data tarifli nömrələr xaric).
  5. Kampaniyaya qoşulmaq üçün müştərilər şəxsi məlumatlarını daxil etməlidirlər (adı, soyadı, doğum tarixi və cinsi). Məlumatlar Azercell-in təqdim etdiyi məhsul və xidmətlərin keyfiyyətinin artırılması üçün istifadə oluna bilər.
  6. Yeni Azercell abunəçiləri, daşınmış nömrələr (fakturalı xəttdən fakturasıza, fakturasızdan fakturalıya, digər operatorlardan Azercell-ə) və ya bərpa edilmiş nömrələr aktivləşdirildikdən sonra cari kampaniya həftəsi deyil, növbəti kampaniya həftəsindən etibarən “Hədiyyə Çarxı”-ndan yararlanmaq imkanını qazanırlar.
  7. Hədiyyə qazanmaq üçün nömrənin xətti ikitərəfli aktiv olmalıdır. Xətti birtərəfli və ya ikitərəfli bağlı olan nömrələr hədiyyə qazanmaq üçün nömrələrini aktivləşdirməlidirlər.
  8. Rabitə xətti birtərəfli və ya ikitərəfli bağlı olan nömrələr kampaniyada cari həftənin abunəçi seqmenti (müştəri qrupları) müəyyən edilməmişdən öncə aktivləşdirilərsə, cari həftədən, yox əgər abunəçi seqmenti müəyyən ediləndən sonra aktivləşdirilərsə, növbəti kampaniya həftəsindən etibarən iştirak edə bilər.
  9. Hədiyyələr 24 saat ərzində aktivləşir. Hədiyyə aktivləşdikdən sonra SMS xəbərdarlıq göndəriləcək.
  10. “Hədiyyə Çarxı” kampaniyası çərçivəsində təqdim olunan bütün bonusların istifadə prioriteti, digər bütün ödənişli xidmət və kampaniyalardan üstündür. İstisnalar: 1, 3 və 6 saatlıq limitsiz internet paketləri, Təhsil internet paketi, eləcə də 8959 SMS paketi.
  11. Keşbek istisna olmaqla, kampaniyada qazanılan digər bonuslar “Paycell”, “Rouminq”, “SimKredit” xidmətləri və qısa nömrələr üçün istifadə edilə bilməz. 
  12. Keşbek istisna olmaqla, kampaniya çərçivəsində təqdim olunan bütün digər bonuslar istifadə müddəti bitdikdən sonra sıfırlanır.
  13. “Hədiyyə Çarxı” kampaniyası çərçivəsində, həmçinin sərfəli şərtlər və ödəniş ilə internet paketlərinə qoşulmaq imkanı təqdim edilir. Bu fürsəti əldə edən abunəçiyə paket barədə ətraflı məlumat SMS vasitəsilə göndəriləcək. İsmarışda qeyd edilən açar sözü 5005-ə göndərməklə paketə qoşulmaq mümkündür.

Qoşulma qaydası:

Kabinetim mobil tətbiqinə qoşul və ya veb-səhifəsinə daxil ol.

Kampaniyada iştirak pulsuzdur.

Qeyd: “Hədiyyə Çarxı” kampaniyası “Azercell Telekom” MMC tərəfindən həyata keçirilir və “Apple Inc.” şirkətinə heç bir aidiyyəti yoxdur. “Apple” şirkəti kampaniyanın sponsoru deyil.

Əlavə məlumat

Bütün fərdi Azercell müştəriləri (data tarifli nömrələr xaric) kampaniyaya qoşula bilər. Əgər sizin 1-dən çox nömrəniz varsa, hər biri ilə qoşula bilərsiniz. Hədiyyə qazanmaq üçün nömrələrin xətti aktiv statusda olmalıdır.

Kampaniyaya qoşulmaq üçün Azercell Kabinetim tətbiqini yükləyə və ya Kabinetim veb-səhifəsinə daxil ola bilərsiniz. Kampaniyaya qatılmaq üçün “İndi qazan” bannerinin üzərinə basmalısınız. Sonra şəxsi məlumatlarınızı daxil edərək “Təsdiqlə və başla” düyməsini sıxmalısınız ki, “Hədiyyə Çarxı” kampaniyasına keçid ala biləsiniz. Kampaniya səhifəsi açıldıqdan sonra,  sadəcə “Başla” düyməsinə basmaqla  Azercell-dən hədiyyə qazanacaqsınız. Hər həftə eyni üsulla kampaniyaya qatıla bilərsiniz.

Ola bilsin ki, siz korporativ və ya data tarifli müştərisiniz. Əgər xeyr, o zaman AppStore/PlayMarket-dən tətbiqi yeniləməlisiniz.

Xeyr, ödənişsizdir. Bu kampaniya sadəcə Azercell-li olduğunuz üçün bir təşəkkürdür.

Hədiyyələrə şəbəkədaxili dəqiqələr, şəbəkədaxili SMS-lər, internet, sosial şəbəkələr üçün internet və Azercell+ xidmətləri daxildir. 

Hədiyyələr abunəçinin istifadə etdiyi nömrənin gətirdiyi gəliri, internetdən istifadəni, danışıq dəqiqələrdən istifadəni, müddəti, telefon növü və həmin nömrənin ümumi aktivliyini hesablayan statistik modelə görə müəyyənləşdirilir və bölüşdürülür. 

Hədiyyə aktivləşdirilən kimi sizə bildiriş SMS-i göndəriləcək. SMS bildirişini aldıqdan sonra hədiyyənizi istifadə edə bilərsiniz.

Bütün bonusların balansını Kabinetim veb və ya tətbiqi vasitəsilə yoxlamaq mümkündür.

Hədiyyə internet paketlərin balansını əlavə olaraq *100#yes yığmaqla və ya 2525-ə boş SMS göndərməklə, bonus dəqiqələr haqqında məlumatı isə 2525-ə boş SMS göndərməklə və ya *100#yes yığmaqla da öyrənmək olar.

USSD və 2525-ə göndərilən sorğu ödənişsizdir.

Sizin internet hədiyyə balansınız və ya onun istifadə müddəti bitdikdə bu barədə SMS bildiriş alacaqsınız. Danışıq dəqiqələri və SMS hədiyyə paketləri üçün bu növ SMS bildiriş nəzərdə tutulmayıb.

Hədiyyə balansını başqa nömrəyə köçürmək və başqa vaxta saxlamaq mümkün deyil.

Keşbək məbləği nömrənin əsas balansına yüklənir və istifadəsinə məhdudiyyət tətbiq edilmir. Lakin, nəzərə alınmalıdır ki, balansa əlavə edilən keşbək nömrə xəttinin bir və ya iki tərəfli açıq qalma müddətinə heç bir təsir göstərmir.

100% keşbəkin əldə edilməsi üçün istifadəçi tərəfindən ödəniləcək minimal məbləğ 1 AZN-dən başlayır və daha böyük nominallarla da təqdim edilə bilər. Məbləğ balansa bütöv şəkildə ödənilməlidir. “SimKredit” və “PayCell” xidmətləri vasitəsilə artırılan balansa keşbək təqdim edilmir.   

Keşbək kampaniyası zamanı qazanılacaq maksimum keşbək məbləği 200 AZN-dir. (Fakturasız (SimSim) nömrələr üçün maksimum birdəfəlik ödəniş limiti 200 AZN təşkil edir).