get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell şirkəti bütün istiqamətlər üzrə beynəlxalq zənglərin qiymətini əhəmiyyətli dərəcədə aşağı saldı

calendar 30.11.2013

Azercell Telekom 1 yanvar 2014-cü il tarixindən etibarən beynəlxalq zənglər üçün vahid və əhəmiyyətli dərəcədə  aşağı olan yeni tarif tətbiq edir. Bu tarif 0.32AZN təşkil edir və istənilən istiqamətlərdə şirkətin bütün tarif planlarına şamil edilir.

 

İstiqamət

Köhnə tarif AZN/1 dəq.

Yeni tarif AZN/1 dəq.

 

MDB və Baltikyanı ölkələr

 0.37 AZN

0.32 AZN

 

İran, Türkiyə

 0.43 AZN

0.32 AZN

 

Avropa, Amerika qitəsi ölkələri və b.

 0.50 AZN

0.32 AZN

 

 

Eyni zamanda, qeyd etmək lazımdır ki, şənbə, bazar və bayram günlərində (gün ərzində) və istənilən gün saat 00:00-dan 08:00-a qədər edilən beynəlxalq zənglərə əlavə 25% endirim tətbiq olunur. Bu müddət ərzində abunəçilər beynəlxalq zənglərin bir dəqiqəsinə yalnız 24 qəpik ödəməklə bizim xidmətlərdən istifadə edə bilərlər.

Azercell Telekom, həmçinin, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ərazisində yerləşən eksklüziv endirim zonasından istifadə etməyi sizə təklif edir. Burada siz bütün beynəlxalq nömrələrə yerli şəbəkəxarici qiymətlərlə zəng edə bilərsiniz.

Qeyd etmək istərdik ki, ölkənin bütün mobil operatorlarının şəbəkəsində beynəlxalq zənglərə endirimlər sisteminin tətbiqi ilə əlaqədar təşəbbüs Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və həmçinin Tarif Şurası tərəfindən irəli sürülmüşdür.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 20 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.