get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell abunəçilərinin nəzərinə!

calendar 05.03.2024

Məlumat üçün bildiririk ki, 05.03.2024-cü il tarixində “Azercell Telekom” MMC-dən asılı olmayan səbəblərdən Cəlilabad rayonunun bəzi ərazilərində mobil rabitə xidmətlərindən istifadə zamanı abunəçilərin müvəqqəti çətinliklərlə qarşılaşması mümkündür. Yaranmış narahatlığa görə təəssüf edir və bildiririk ki, həmin ərazidə telekommunikasiya şəbəkəsinin fəaliyyətini təmin edən fiber optik kabelin zədələnmiş hissələrinin bərpa edilməsi üçün texniki komandamız tərəfindən təcili tədbirlər görülür. Xidmətlərdən tam normal əsaslarla istifadə imkanı tez bir zamanda təmin ediləcək.

5 mart. Telekommunikasiya şəbəkəsinin fəaliyyətini təmin edən fiber optik kabelin zədələnmiş hissələri yenilənmiş, xidmətlərdən tam normal əsaslarla istifadə imkanı təmin edilmişdir. Bununla da, “Azercell Telekom” MMC-dən asılı olmayan səbəblərdən Cəlilabad rayonunun bəzi ərazilərində mobil rabitə xidmətləri ilə bağlı yaranan çətinlik aradan qaldırılmışdır.