get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Xüsusi təkliflər

Sərbəst tarifli gözəl nömrələr

Statusunu gözəl nömrə ilə tamamla!

images

Ümumi məlumat

İstənilən "Sərbəst" tarif paketinə qoşulan fakturalı xətt abunəçiləri indi seçdikləri gözəl nömrəni hədiyyə olaraq əldə edirlər. 

Tarifə ilk dəfə qoşulduqda birdəfəlik 50% güzəşt tətbiq olunur.

Qeyd: 

22.12.2023-cü il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan “Gözəl nömrələr” kampaniyasına və fakturalı xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan “Sərbəst tarifli gözəl nömrələr” kampaniyasına yeni qoşulmalar dayandırılacaq. 22.12.2023 tarixinədək kampaniyalardan birinə qoşulmuş müştəri onlardan yararlanmağa davam edəcək.

Qoşulma

Yaddaqalan və gözəl nömrələrdən birini www.azercellim.com saytında tap və seçdiyin nömrəni istənilən rəsmi diler mağazadan və ya Azercell Müştəri Xidmətlərindən əldə et.

Əlavə məlumat

Kampaniya yalnız Sərbəst 15, Sərbəst 25, Sərbəst 50 və ya Sərbəst 75 tarif paketlərinə yeni qoşulmuş fakturalı xətt abunəçiləri üçün nəzərdə tutulmuşdur.

İstənilən gözəl nömrəni seçdikdən sonra tarifi dəyişmək olar. Lakin mövcud tarifi yalnız bu kampaniyanın şamil edildiyi digər bir Sərbəst tarif paketinə keçmək şərtilə dəyişmək mümkündür: Sərbəst 15, Sərbəst 25, Sərbəst 50 və ya Sərbəst 75

Sərbəst tarif paketindən minimum 12 ay müddətində istifadə edilməsi tələb olunur.

İstifadəçi müvafiq xidmət haqqından əlavə nömrə ilə bağlı aşağıda qeyd olunan əməliyyatlardan birini həyata keçirdikdə 50 AZN məbləğində cərimə olunur:

  • Nömrə başqa bir şəxsin adına keçirildikdə
  • Nömrə abunəçi tərəfindən ləğv edildikdə
  • Kampaniya çərçivəsində nəzərdə tutulmayan fakturalı xətt sisteminə aid tarifə keçdikdə
  • Abunəçi korporativ müştəri seqmentinə keçdikdə
  • Abunəçi fakturasız xətt tarifinə keçdikdə 
  • "Sərbəst" tarif paketləri istisna olmaqla tamamilə fərqli tarifə keçdikdə