get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Nömrələr və əməliyyatlar

Nömrəmi necə bərpa edə bilərəm?

Nömrəmi necə bərpa edə bilərəm?

Fakturasız xətt nömrələrinin bərpası əməliyyatının həyata keçirilməsi üçün abunəçilər öz (bərpa olunacaq nömrələrinin) hesablarını 5 AZN məbləğində kart təqdim etməklə artırmalıdırlar. Bu zaman 2 AZN (ƏDV daxil) xidmət haqqı tətbiq ediləcək.

Fiziki şəxs:

Nömrəni bərpa etmək üçün  abunəçi şəxsiyyət vəsiqəsi ilə Azercell Eksklüziv ofislərinə yaxınlaşmalıdır.

Xarici vətəndaş isə Azərbaycan Respublikasının ərazisində müvəqqəti/daimi yaşamaq üçün icazə vəsiqəsini və xarici passport sənədlərini təqdim etməlidir.

Qeyd: Abunəçi Azercell Eksklüziv ofisinə gələ bilmirsə, əməliyyat etibarnamə əsasında həyata keçirilə bilər. Bu halda səlahiyyətli şəxsdən etibarnamədən əlavə nömrə sahibinin şəxsiyyət vəsiqəsinin surəti istənilir.

Hüquqi şəxs:

Əməliyyatın aparılması üçün öz istəyini açıqlayan və hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş istək məktubu ilə etibarlı şəxs Müştəri Xidmətləri ofislərinə müraciət etməlidir. Etibarlı şəxs həmçinin müvafiq etibarnaməni və öz şəxsiyyət vəsiqəsini təqdim etməlidir.

Qeyd: Fakturalı xətt nömrəsinin bərpası xidməti pulsuz təqdim edilir, lakin əməliyyat zamanı nömrədə borc olmamalıdır.