get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Nömrələr və əməliyyatlar

Nömrənin xəttini necə aça bilərəm?

Nömrənin xəttini necə aça bilərəm?

Fiziki şəxs:

Nömrənin açılması üçün abunəçi şəxsiyyət vəsiqəsi ilə Azercell Eksklüziv ofislərinə yaxınlaşmalıdır.

Fiziki şəxslər üçün nömrənin açılması həmçinin Kabinetim vasitəsilə mümkündür.

Fiziki şəxsə aid nömrənin Əlaqə Mərkəzi tərəfindən açılması üçün abunəçi *1111 nömrəsinə zəng etməlidir:

  • Əlaqə Mərkəzinə şifahi müraciət, “Onlayn çat” ilə olan müraciət əsasında və ya "Kabinetim" üzərindən qısa müddətə bağlanılan xəttin açılması üçün şifahi olaraq müvafiq məlumatlar təqdim edilməlidir.
  • Uzun müddətə bağlanılan xəttin açılması (xətt yazılı müraciət əsasında bağlanılmışdırsa) üçün istəyi açıqlayan ərizənin və müvafiq sənədinin fotonüsxəsi  customercare@azercell.com (və ya musterixidmetleri@azercell.com) elektron poçt ünvanına göndərilməlidir.

Xarici vətəndaş isə qeyd edilən əməliyyatın aparılması üçün aşağıdakı sənədləri təqdim etməlidir:

  • Azərbaycan Respublikasının ərazisində müvəqqəti/daimi yaşamaq üçün icazə vəsiqəsi;
  • Xarici passport.

Qeyd: Abunəçi Azercell Eksklüziv ofisinə gələ bilmirsə, əməliyyat etibarnamə əsasında həyata keçirilə bilər.

Hüquqi şəxs:

Əməliyyatın aparılması üçün öz istəyini açıqlayan və hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş istək məktubu ilə Müştəri Xidmətləri ofislərinə müraciət etməlidir.

Hüquqi şəxsə aid nömrənin Əlaqə Mərkəzi tərəfindən açılması üçün abunəçi *1111 nömrəsinə zəng etməlidir:

  • Əlaqə Mərkəzinə şifahi müraciət və ya “Onlayn çat” ilə olan müraciət əsasında qısa müddətə bağlanılan xəttin açılması üçün şifahi olaraq müvafiq məlumatlar təqdim etməlidir.
  • Uzun müddətə bağlanılan (xətt yazılı müraciət əsasında və ya "Kabinetim" üzərindən bağlanılmışdırsa) açılması üçün müraciət https://support.azercell.com/ portalı vasitəsilə göndərilməlidir. Bu halda abunəçinin istəyi açıqlanan və hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış, möhürlə təsdiqlənmiş firma blankında (əgər varsa) istək məktubunun (skanlaşdırılmış halda) qeydiyyatı da həmin portal vasitəsilə həyata keçirilir.

Qeyd: Bütün Azercell abunəçiləri üçün davamiyyətindən asılı olmayaraq *1111 nömrəsinə edilən bir zəngin qiyməti ƏDV daxil 10 qəpik təşkil edir.