get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Nömrələr və əməliyyatlar

Nömrəmi fakturalı xəttdən fakturasız xəttə necə keçirə bilərəm?

Nömrəmi fakturalı xəttdən fakturasız xəttə necə keçirə bilərəm?

  • Fakturalı xəttdən fakturasız xəttə keçid etmək üçün nömrədə borc olmamalıdır.
  • Keçid ödənişlidir – 3.54 AZN (ƏDV daxil).
  • Azercell fakturalı xəttdən fakturasız xəttə keçid əməliyyatı zamanı mövcud xidmətlər deaktiv edilir.

Fiziki şəxs: 

Nömrəni fakturalı xəttdən fakturasız xəttə keçirmək ücün abunəçi şəxsiyyət vəsiqəsi ilə Müştəri Xidmətləri ofislərinə yaxınlaşmalıdır.

Xarici vətəndaş isə qeyd edilən əməliyyatın aparılması üçün aşağıdakı sənədləri təqdim etməlidir:

Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi.

Abunəçi Müştəri Xidmətləri ofisinə gələ bilmirsə, əməliyyat etibarnamə əsasında həyata keçirilə bilər. Etibarlı şəxs etibarnamə, nömrə sahibinin şv sürəti və öz şəxsiyyət vəsiqəsi ilə müraciət etməlidir.

Hüquqi şəxs: 

Əməliyyatın aparılması üçün öz istəyini açıqlayan və hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş istək məktubu və öz şəxsiyyət vəsiqəsi  ilə etibarlı şəxs Müştəri Xidmətləri ofislərinə müraciət etməlidir.