Ümumi Məlumat
Mobil Nömrə Daşınması (MND) xidməti abunəçilərə mobil nömrələrini dəyişmədən istənilən mobil operator şəbəkəsinə qoşulmaq imkanı verir. Artıq siz də öz mobil nömrənizi prefiksi dəyişmədən Azercell şəbəkəsinə daşıya, keyfiyyətli şəbəkə və sərfəli kampaniyalarımızdan yararlana bilərsiniz!
Niyə məhz Azercell?
- İlk 24/7 Telefon mərkəzi
- İlk tam xidmət konsepsiyası - Azercell Ekspres
- İlk beynəlxalq keyfiyyət standartı ISO 9001 - 2000
- Ən geniş satış şəbəkəsi
- Daha yaxşı xidmət
- İlk GSM
- İlk öncədən ödəmə sistemi - SimSim
- İlk öncədən ödəmə abunəçiləri üçün rominq
- İlk 4G
- Daha innovativ texnologiyalar
- Əhatə dairəsi - əhalinin 99,8%
- Ən çox RBS sayı
- Güclü 2G/3G şəbəkə
- TeliaSonera - 19 mobil operator birliyi
- Daha geniş və güclü şəbəkə
- Səhiyyə və təhsil layihələri
- Kimsəsiz uşaqlara yardım
- İdmana dəstək
- Mədəniyyətə qayğı
- Daha sosial məsuliyyətli
MND necə edilir?
Mobil nömrənizi Azercell şəbəkəsinə daşımaq ücün şəxsiyyət vəsiqənizlə Müştəri Xidmətləri, Azercell Ekspres ofislərinə və ya rəsmi dilerlərə yaxınlaşmalısınız. Müraciətiniz əsasında sizə SIM-kart təqdim olunur.
Mobil nömrənin daşınmasına dair hər hansı bir çətinlik yoxdursa sizə üç iş günü ərzində xidmətin aktiv olunması haqqında (3 saat öncədən) bildiriş SMS göndərilir.
MND zamanı aşağıdakı tələblərə riayət olunmaıdır:
- Nömrə müraciət edən şəxsin adına olmalıdır.
- Nömrə ən azı 90 gün istifadədə olmalıdır və MND etmək istəyən abunəçinin adına olmalıdır.
- Nömrədə son MND əməliyyatından ən azı 90 gün keçməlidir.
- Nömrənin rəsmi istifadəçisi və mobil operator arasında yekunlaşmamış məhkəmə işi olmamalıdır.
- Cari mobil operatorun sistemində abunəçiyə aid melumatlar düzgün qeyd edilməlidir.
Qiymətlərə ƏDV daxildir |