get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Ümumi məlumat

Adi zənglərə rəng qatmaq Azercell abunəçiləri üçün həmişə çox asan olmuşdu. Lakin cari tarixdən xidmətə abunə olan istifadəçilər, abunəlik müddətində limitsiz sayda Zəngimcell parçasını PULSUZ yükləmək imkanı əldə edirlər!

Ödəniş

Xidmət haqqı abunəçinin balansına uyğun tənzimlənir və günə 0,06 AZN (maksimum 30 gün - 1,80 AZN) təşkil edir. Abunə avtomatik yenilənir.

Abunəçinin balansında xidmətə abunə olmaq və ya abunəliyin yenilənməsi üçün yetərli vəsait olmadığı təqdirdə, xidmət 10 günlük (0,60 AZN) borca təqdim edilir.

Ətraflı:

  • Abunəçi yalnız əvvəlki borcunu tam ödədiyi halda, növbəti dəfə xidmətdən borca istifadə edə bilər;
  • Borc məbləğini tam çıxmaq mümkün olmadıqda hissə-hissə çıxılır;
  • 10 gün ərzində borc məbləği tam ödənilməsə, xidmət ləğv edilir.

Əlavə

  • Zəngimcell istifadəçisinə zəng edən abunəçi, Zəngimcell-i dinləyərkən 2 dəfə "*" (ulduz) düyməsini basaraq eyni Zəngimcell parçasını öz nömrəsində aktiv edə bilər.
  • A abunəçisi B abunəçisinə Zəngimcell parçası hədiyyə etmək üçün 6070 nömrəsinə “H Zengimcell kodu B abunəçisinin nömrəsi” (Məsələn: H 123456 0501234567) formatında SMS göndərməlidir. B abunəçisi “beli Zəngimcell kodu” (Məsələn: “beli 123456”) və ya “xeyr Zəngimcell kodu” yazıb 6070 nömrəsinə göndərməklə hədiyyəni qəbul və ya rədd edə bilər. Hədiyyəyə görə xidmət haqqını A abunəçisi ödəyir. Avto yenilənmə zamanı isə xidmət haqqı B abunəçisinin balansından tutulur.
  • Xidmətdən imtina STOP açar sözünü və ya 000000 kodunu 6070 nömrəsinə göndərməklə həyata keçirilir. Rominqdə olan abunəçi STOP yazıb göndərməklə xidməti dayandıra bilər, lakin bu əməliyyata zəmanət verilmir. Əməliyyat yerli şəbəkədə istifadə üçün nəzərdə tutulub.

Abunə

Abunə olmaq üçün Zəngimcell trek kodunu SMS vasitəsilə 6070 nömrəsinə göndərmək kifayətdir.

Zəngimcell treklərinin siyahısı ilə WWW.ZENGİM.AZ saytında tanış olmaq olar.