İndi siz Buraxılmış Zəng xidmətinin daha geniş imkanları olan Xəbər Ver xidmətindən istifadə edə bilərsiniz.
Bu xidmət vasitəsilə siz telefonunuz söndürüldükdə və ya əhatə dairəsi xaricində olduqda, gələn bütün buraxılmış zənglərin kim tərəfindən və nə vaxt edildiyi haqda məlumat almaqla yanaşı, həmçinin sizə zəng etmiş abunəçilər sizin şəbəkəyə qayıtdığınız barədə avtomatik SMS bildirişi alacaqlar.
Xəbər Ver xidməti aktiv olan nömrəyə (B abunəçisinə) əhatə dairəsi xaricində və ya telefon sönülü olduğu zaman zəng edilir. Şəbəkə xaricində olan abunəçi (B abunəçi) şəbəkəyə qayıtdıqda ona Buraxılmış Zəng (6080) xidmətindən mesaj gəlir.
Zəng edən abunəçi isə (A abunəçi) “(B abunəçisinin nömrəsi) şəbəkəyə qayıtdı. Ona yenidən zəng edə bilərsiniz.” mesajı alır.
Xəbər Ver xidməti Buraxılmış Zəng xidməti üzərində qurulmuşdur və bütün abunəçilər bu xidmətə qoşula bilər. Siz həmçinin, istəyinizə görə yalnız Buraxılmış Zəng xidmətindən istifadə edə bilərsiniz.
Buraxılmış Zəng xidmətinə abunəlik
Buraxılmış Zəng+ Xəbər Ver xidmətinə abunəlik ( hər iki xidməti aktiv edir)
Buraxılmış Zəng xidmətinin ləğvi
Buraxılmış Zəng+ Xəbər Ver xidməti (Xəbər Ver xidmətini ləğv edir)
Xidmət haqqı:
Buraxılmış Zəng – pulsuz
Buraxılmış Zəng + Xəbər Ver– ayda 10 qəpik
![]() |