Siz ərazisindəsiniz
Abunəçi identifikasiyası xidməti vasitəsilə istifadəçilər mobil nömrələrinin kimin adına qeydiyyatdan keçirildiyini öyrənə bilərlər.
Abunəçi bilgilərinin dəqiqləşdirilməsi xidməti nömrənin cari istifadəçisi tərəfindən nömrəyə dair bilgiləri SMS vasitəsilə öyrənməyə imkan yaradır.
Sadəcə istifadə etdiyi nömrədən “6800” qısa nömrəsinə boş SMS göndərərək, nömrənin abunəçisi haqqında bilgiləri (Ad, Soyad və Ata adı) SMS vasitəsi ilə dəqiqləşdirə biləcək.
Xidmət çərçivəsində yalnız SMS göndərilən nömrənin məlumatının təqdim edilməsi nəzərdə tutulub.
Xidmət haqqı 0.50 AZN təşkil edir. Lakin koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair tədbirlər çərçivəsində tətbiq edilmiş xüsusi karantin rejimi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən ləğv edilən tarixə qədər xidmət və xidmətə qoşulma üçün SMS göndərilməsi tamamilə ödənişsizdir.
Xidmət korporativ abunəçilər istisna olmaqla bütün Fakturalı və Fakturasız(Sim-sim) xətt abunəçiləri üçün nəzərdə tutulmuşdur.
Müraciət üçün xanaları doldur
Sizinlə ən qısa zamanda əlaqə saxlayacağıq!
Ən çox axtarılanlar
Heç bir nəticə tapılmadı: ""
Abunəlik uğurla tamamlanmışdır