Kabinetim ilə gündəlik ödəmələr də mobilləşir
Kabinetim ilə gündəlik ödəmələriniz də mobilləşir!
Tez-tez yenilənən və sizin üçün daha rahat həllər təklif edən Kabinetim tətbiqində daha bir yenilik!
Artıq Kabinetim tətbiqi ilə “mobil ödəmə” xidmətindən yararlana biləcəksiniz.
Bu xidmət sizə nömrənizin balansından kommunal və digər gündəlik ödənişlərinizi həyata keçirməyə imkan yaradacaq.
Kabinetim-də qeydiyyatdan keçdiyiniz an artıq bu xidmətdən rahatlıqla yararlana biləcəksiniz.
Sadəcə “Menu”-dan “Mobil Ödəmə” bölməsini seçirsiniz. Ödəniş etmək istədiyiniz xidməti seçərək ödəniş üçün lazım olan məlumatları daxil etməklə ödənişi edirsiniz.
Ödənişdən sonra məbləğin nömrənizin balansından silindiyi barədə bildiriş alacaqsınız. Tarixçə bölməsində isə son 90 günün ödəniş tarixçəsini görə biləcəksiniz.
Yenilik
Azercell fakturasız xətt abunəçiləri indi “Mobil ödəniş” vasitəsilə “Koronavirusla Mübarizə Fondu”na istənilən məbləğdə ianə köçürə bilərlər.
Həmçinin, fakturasız xətt abunəçiləri “Silahlı Qüvvələrə Yardım Fondu”na da ianələr köçürə bilərlər.
Yenilik
Köçürmələrini Kabinetim ilə et!
Minimum köçürmə 1 AZN, maksimum köçürmə məbəği isə 500 AZN təşkil edir.
Xidmətdən istifadə 8 iyun 2020-ci ilə qədər pulsuzdur.
8 iyun tarixindən etibarən “Kabinetim” tətbiqi vasitəsilə yalnız Azercell nömrələri üzrə edilən tranzaksiyalar üçün 5% xidmət haqqı (ƏDV daxil) tutulur. Lakin bu haqq kommunal ödənişlərə aid deyil.
“Kabinetim” tətbiqi vasitəsilə fakturalı və fakturasız xətt abunəçiləri digər abunəçilərinə (həm fakturalı, həm də fakturasız xətt) balans köçürməsi həyata keçirə bilərlər.
“Kabinetim” tətbiqi vasitəsilə birdəfəyə maksimum 50 AZN tranzaksiya həyata keçirmək mümkündür. Son 30 gün ərzində həyata keçirilən tranzaksiyaların maksimum məbləği 500 AZN təşkil edir.
“Kabinetim” tətbiqi vasitəsilə ödəniş həyata keçirmək üçün balansda ödənişdən sonra minimum 3 AZN olmalıdır.
“Kabinetim” tətbiqi vasitəsilə edilən mobil ödənişləri həm fakturalı, həm də fakturasız xətt abunəçiləri həyata keçirə bilər.
Müraciət üçün xanaları doldur
Sizinlə ən qısa zamanda əlaqə saxlayacağıq!
Abunəlik uğurla tamamlanmışdır