get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Zənglərin idarə edilməsi

Telesekretar

Səsli mesajların rahatlığından istifadə etməklə bütün vacib mesajlardan vaxtında xəbərdar ol

images-phone

Ümumi məlumat

Xidməti aktiv etmək üçün gələn zəngləri Səsli mesaj qutusuna yönləndirmək lazımdır.

Zənglərin yönləndirilməsinin dörd fərqli növü var:

  1. Telefonunuz sönülü və ya əhatə dairəsi xaricində olduğu halda

Aktiv edilməsi: **62*6061#YES

Deaktiv edilməsi: ##62#YES

  1. Zəngləriniz cavabsız qaldığı halda

Aktiv edilməsi:**61*6061#YES

Deaktiv edilməsi: ##61#YES

  1. Telefonunuz məşğul olduğu halda

Aktiv edilməsi:**67*6061#YES

Deaktiv edilməsi: ##67#YES

  1. Bütün zənglərin yönləndirilməsi

Aktiv edilməsi:**21*6061#YES

Deaktiv edilməsi: ##21#YES

Telesekretar xidmətini deaktivləşdirmək üçün ##002#YES yığın.

Səsli mesajların dinlənilməsi

Abunəçi yeni səsli mesaj aldıqda, telefonuna SMS bildiriş göndərilir.

Səsli mesajları dinləmək üçün:

  • Telefondan 6060-a zəng edin
  • Başqa Azercell nömrəsindən 6062-ə zəng vurub, nömrəni və # işarəsini daxil edin
  • Şəhər telefonundan 0506062000 nömrəsinə zəng vurub, nömrəni və # işarəsini daxil edin
  • Rominq zamanı istənilən telefondan beynəlxalq çıxış kodu 00 və ya +994506062000 nömrəsini, daha sonra nömrəni və daha sonra # işarəsini daxil edin.

Səsli mesaj qutusuna giriş üçün şifrə aktivdirsə, sistem tərəfindən onun daxil edilməsi tələb olunacaq. Şifrə bütün abunəçilər üçün standart olaraq 1234 kimi təyin edilmişdir. Şifrə səsli mesaj menyusundan dəyişdirilə bilər.

Qiymətlər

Telesekretar xidmətindən istifadə pulsuzdur. Səsli mesajların abunəçinin nömrəsindən dinlənilməsi üçün xidmət haqqı abunəçinin qoşulduğu tarifdəki şəbəkədaxili zənglərin qiymətinə əsasən hesablanır.

Əlavə məlumat

Dinlənilməmiş səsli mesajlar sistemdə 1 həftə (168 saat) saxlanılır.

Dinlənilmiş mesajlar isə 3 gün (72 saat) müddətində səsli mesaj qutusunda saxlanılır.

Əgər Telesekretar xidməti davamlı olaraq 3 ay ərzində istifadə edilmədikdə, salamlama mesajı və səsli mesaj qutusu üçün şifrə kimi quraşdırılmış şəxsi ayarlar silinərək standart ayarlarla əvəzlənir.

Əgər Zənglərə qadağa xidməti eyni nömrədə aktiv olarsa, Telesekretar xidməti aktivləşdirilə bilməz.

Səsli mesajlara daxil olmaq üçün ilk dəfə Telesekretar xidməti aktivləşdirilən zaman abunəçi öz adına qeydiyyatdan keçirilmiş nömrədən istifadə etməlidir. Mesajların qeydə alınması üçün sonrakı zənglər istənilən nömrədən edilə bilər.