get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Fakturasız xətt

Sərbəst

Ünsiyyətdə sərbəst ol! ᅠᅠᅠᅠ

images-serbest

Tarif paketləri

2 of 3
Sərbəst 10*
2 GB

İnternet

350 dəq.

Ölkədaxili zənglər

Yazışma

Sərbəst 15
  • icon
5 GB

İnternet

500 dəq.

Ölkədaxili zənglər

Yazışma

Sərbəst 25
15 GB

İnternet

850 dəq.

Ölkədaxili zənglər

Yazışma

Sərbəst 50
25 GB

İnternet

2500 dəq.

Ölkədaxili zənglər

Yazışma

Sərbəst 75
60 GB

İnternet

4000 dəq.

Ölkədaxili zənglər

Yazışma

*Yalnız fakturasız xətt abunəçiləri üçün

İnternet paketləri

More details
1GB
1GB 5

Daha ətraflı
İstifadə müddəti: 30 gün
More details
5GB
5GB 10

Daha ətraflı
İstifadə müddəti: 30 gün
More details
10GB
10GB 15

Daha ətraflı
İstifadə müddəti: 30 gün

Qeydlər

“Sərbəst” tarifinə istənilən fakturasız xətt abunəçiləri qoşula bilər.

Abunəçilər “Sərbəst” tarifini aktivləşdirmək üçün 7575 qısa nömrəsinə müvafiq açar sözləri göndərə bilərlər:

  • Sərbəst 10”üçün S10
  • Sərbəst 15”üçün S15
  • Sərbəst 25”üçün S25
  • Sərbəst 50üçün S50
  • Sərbəst 75”üçün S75

7575 nömrəsinə göndərilən 1 SMS-in qiyməti 0.01 AZN-dir.

İstənilən "Sərbəst" tarif paketini müvafiq USSD kodu yığmaqla da aktivləşdirmək mümkündür:

  • *750*4*10#YES - "Sərbəst 10"
  • *750*4*15#YES - "Sərbəst 15"
  • *750*4*25#YES - "Sərbəst 25"
  • *750*4*50#YES - "Sərbəst 50"
  • *750*4*75#YES - "Sərbəst 75"

"Sərbəst" tarifinə qoşularkən abunə haqqı balansdan silinir və bonuslar yığılır.

“Sərbəst” tarifinin istifadə müddəti 30 gündür və bu müddətin sonunda balansda kifayət qədər vəsait olarsa, tarif avtomatik olaraq yenilənir. Nömrə aktiv olduğu zaman, lakin balansda yetərincə məbləğ olmadıqda, sistem balansda kifayət qədər vəsait olana qədər tarifi yeniləməyə çalışacaqdır.

Bütün “Sərbəst” tarif paketləri çərçivəsində WhatsApp və Facebook Messenger tətbiqlərində mətn yazışmaları üçün 1GB həcmində trafik təqdim olunur. Tətbiqlərdə yazışma üçün təqdim olunan trafik bitdikdə, istifadəçi balansdakı digər internet resurslarından istifadə edə bilər. Əgər balansda digər internet resursları mövcud deyilsə, o zaman pulsuz yazışma imkanı olmayacaq.

 

“Sərbəst” tarifinə keçid zamanı balansdan müvafiq abunə haqqı çıxılır və tarif bonusları hesablanır. Bonusların istifadə müddəti 30 gündür. Tarifin istifadə müddəti bitdikdə isə mövcud bonuslar növbəti aya keçmir.

Paket bir ay ərzində, lakin 24 saat müddətində gündə bir dəfədən çox olmayaraq yenilənə bilər. Paketi yeniləmək üçün 7575 qısa nömrəsinə açar sözünü göndərmək kifayət edir. Tarifi müvafiq USSD kod və ya “Kabinetim” tətbiqi vasitəsilə də aktivləşdirmək mümkündür. Mövcud bonuslar paket yeniləndikdən sonra sıfırlanır.

2112 qısa nömrəsinə boş SMS göndərərək tarif bonusları haqqında məlumat əldə etmək olar.

Göndərilən SMS-in qiyməti 0.02 AZN təşkil edir.

“Sərbəst” tarifi çərçivəsində təqdim olunan bonuslar bitdikdən sonra paketdən istifadə müddəti hələ də  bitməyibsə, ölkədaxili zəngin 1 dəqiqəsinin qiyməti 0.06 AZN təşkil edəcək.

Abunəçinin balansında aylıq abunə üçün kifayət qədər vəsait olmadığı təqdirdə (və digər internet paketi olmadıqda) xidmətlər üçün ödəniş aşağıdakı qaydada hesablanır:

  • 1MB = 0.05 AZN
  • şəbəkədaxili zəngin 1 dəqiqəsi: 0.06 AZN
  • şəbəkəxarici zəngin 1 dəqiqəsi: 0.08 AZN.

"Sərbəst" tarifinin abunəçiləri gecə və həftə sonları istənilən aylıq, gündəlik, saatlıq və məhdudiyyətsiz paketlərdən istifadə edə bilərlər. Tarif dəyişikliyi zamanı mövcud internet paketi və paket daxilindəki bütün internet resurslar aktiv olaraq qalır.

“Sərbəst” tarifi abunəçisi əlavə internet paketlərindən istifadə edərsə, 50GB-lıq paket istisna olmaqla, bütün digər hallarda internetin istifadəsində üstünlük məhz bu internet paketlərə verilir.

Tarif çərçivəsində paketdaxili internet bonusları bitdikdə abunəçi xüsusi keçid səhifəsinə yönləndirilir. O, burada internet paketini aktivləşdirə və ya internet paketsiz istifadəni seçə bilər.

1 MB=0.05 AZN. İnternetin hesablanma intervalı 51KB təşkil edir.

“Sərbəst” tarifi abunəçiləri əlavə internet paketlərindən istifadə edərsə, 50GB-lıq internet paketi istisna olmaqla, bütün digər hallarda internetin istifadəsində üstünlük bu internet paketlərə verilir.

Paketdaxili internet bonusları bitdikdə abunəçi xüsusi keçid səhifəsinə yönləndirilir və o, burada internet paketini aktivləşdirə və ya internet paketsiz istifadəni seçə bilər. 1 MB=0.05 AZN. İnternetin hesablanma tarifikasiyası 51KB təşkil edir.

Zənglər üçün hesablama intervalı 60 saniyə təşkil edir.

“Sərbəst” tarifindən başqa bir tarifə keçdikdə cari paketin bonusları sıfırlanır.

“Sərbəst” tarifi haqqında ətraflı məlumat almaq üçün “S” yazaraq 7575-ə göndərmək kifayət edir. 

Tarif daxilində təqdim edilmiş dəqiqələr rominq rejimindəki zənglərə, həmçinin beynəlxalq, * (ulduzla) və bəzi qısa nömrələrə edilən zənglərə şamil edilmir. Tarifdaxili bonus dəqiqələr rominq, beynəlxalq zənglər, xüsusi kodlu (* ilə) və qısa nömrələr üçün istifadə edilə bilməz.

7575 nömrəsinə göndərilən hər bir sorğu üçün balansdan 0.01 AZN tutulur.

1 SMS = 0.05 AZN

Fakturasız abunəçilər üçün yenilənmiş "Sərbəst" tarifinin şərtləri növbəti yenilənmədən qüvvəyə minəcəkdir.

“Sərbəst” tarifi haqqında ətraflı məlumat almaq üçün 7575 qısa nömrəsinə S göndərmək kifayət edir.

"Sərbəst" tarifi çərçivəsində təqdim olunan bonuslar müvəffəqiyyətli qoşulma/yenilənmədən sonra balansa köçürülür.

Tarif daxilində yazışmalara sərf olunan internet trafiki üçün prioritet ilk öncə mesajlaşmaya görə təqdim edilən trafikə, daha sonra isə tarifin əsas trafikinə verilir. Əsas paketin resursları bitdikdə və aktiv digər internet paketi olmadıqda abunəçi linkləri olan xüsusi bir səhifəyə yönləndirilir.

"Sərbəst 75" tarifi daxilində "SberZvuk" xidmətinə pulsuz abunə olmaq mümkün deyil.

Abunəçilərimizin tələbatlarını nəzərə alaraq fakturalı və fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün mövcud olan bütün “Sərbəst” tarif paketlərində daha əlverişli istifadə şərtlərinin təqdimatına başlanılır. Belə ki, “Sərbəst” tarif paketləri çərçivəsində təqdim edilən öldədaxili, şəbəkədaxili və tarifdaxili dəqiqələrin əvəzinə ümumi ölkədaxili danışıq dəqiqələri təqdim edilməklə daha rahat və əlverişli istifadə imkanı yaradılır. Bu da abunəçilərə bütün istiqamətlərdə daha rahat danışmaq və nömrənin balansını daha rahat nəzarətdə saxlamaq imkanı verəcək. Bundan başqa “Sərbəst” tarif paketi çərçivəsində təqdim edilən internetdən istifadə imkanı da daha əlverişli olacaq. Sosial şəbəkələrdən istifadə və yazışma imkanının saxlanılması ilə yanaşı ümumi internetdən istifadə həcmi də artırılmışdır. Dəyişikliklər mövcud “Sərbəst” tarif paketindən 30 günlük cari istifadə müddətindən sonrakı növbəti yenilənmədən başlayaraq tətbiq ediləcək.

Qeyd: Abunəçilər edilən dəyişikliklər, tarif və internet paketlərinin sifarişi, başqası ilə əvəz etmək və ya imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (Azercell Eksklüziv ofisləri, 24/7 Telefon mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

Qiymətlərə ƏDV daxildir