İnternet
Ölkədaxili zənglər
İnternet
Ölkədaxili zənglər
İnternet
Ölkədaxili zənglər
İnternet
Ölkədaxili zənglər
İndi “Sərbəst” tarifləri ilə dəqiqələri istədiyiniz kimi istifadə edə bilərsiniz! Artıq yenilənmiş paketlərimizdə zəng dəqiqələrinin hamısı ölkədaxilidir və beləliklə həm Azərcell şəbəkəsi daxilində, həm də şəbəkəmizdən kənar rahatlıqla danışa və ünsiyyətdə ola bilərsiniz. Üstəlik, əsas internet paketlərinə əlavə olaraq ən populyar WhatsApp və Facebook Messenger-də istədiyiniz qədər yazışa bilərsiniz.
Sərbəst fakturalı xətt tarifini aktivləşdirmək üçün aşağıdakı müvafiq kodlardan birini SMS vasitəsilə 650 nömrəsinə göndərmək kifayətdir:
İstənilən Sərbəst paketini ilk dəfə aktivləşdirdikdə 50% güzəşt tətbiq olunur.
Azercell abunəçilərinin nəzərinə!
Abunəçilərimizin tələbatlarını nəzərə alaraq, fakturalı və fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün mövcud olan bütün “Sərbəst” tarif paketlərində daha əlverişli istifadə şərtlərinin təqdimatına başlanılır. Belə ki, “Sərbəst” tarif paketləri çərçivəsində təqdim edilən öldədaxili, şəbəkədaxili və tarifdaxili dəqiqələrin əvəzinə ümumi ölkədaxili danışıq dəqiqələri təqdim edilməklə daha rahat və əlverişli istifadə imkanı yaradılır. Bu da abunəçilərə bütün istiqamətlərdə daha rahat danışmaq və nömrənin balansını daha rahat nəzarətdə saxlamaq imkanı verəcək. Bundan başqa “Sərbəst” tarif paketi çərçivəsində təqdim edilən internetdən istifadə imkanı da daha əlverişli olacaq. Sosial şəbəkələrdən istifadə və yazışma imkanının saxlanılması ilə yanaşı ümumi internetdən istifadə həcmi də artırılmışdır. Dəyişikliklər mövcud “Sərbəst” tarif paketindən 30 günlük cari istifadə müddətindən sonrakı növbəti yenilənmədən başlayaraq tətbiq ediləcək.
Qeyd: Abunəçilər edilən dəyişikliklər, tarif və internet paketlərinin sifarişi, başqası ilə əvəz etmək və ya imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, 24/7 Telefon mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.