Limitsiz internet
"Günlük", "Limitsiz saat", Limitsiz həftəsonu" internet pakeləri aktivləşdirildikdə, aylıq internet paketlərinə abunə ləğv edilmir.
Həyatını internetsiz təsəvvür edə bilmirsən?
İnternet
Tarifdaxili
Azercell tətbiqləri
İnternet
Tarifdaxili
Azercell tətbiqləri
İnternet
Tarifdaxili
Azercell tətbiqləri
Limitsiz gecə internet paketinə abunə olmaq üçün Azercell 2 asan üsul təklif edir:
SMS vasitəsilə abunəlik
Limitsiz gecə internet paketi üçün “gece” yazıb SMS vasitəsilə 2525-ə göndər.
Fakturasız xətt (SimSim) abunəçiləri üçün 2525 nömrəsinə göndərilən SMS-lər pulsuzdur.
Fakturalı xətt abunəçiləri üçün 2525 nömrəsinə göndərilən hər bir SMS üçün xidmət haqqı 0.01 AZN təşkil edir.
Kabinetim vasitəsilə abunəlik
İnternet paketini “Kabinetim” mobil tətbiqində də aktivləşdirmək mümkündür. *110# kodunu yığ və “Kabinetim” tətbiqini yükləmək (Android və iOS cihazlar) üçün birbaşa keçid linki əldə et.
Əgər internet paketi saat 08:00-dan 23:59-dək aktivləşdirilibsə, növbəti gün saat 00:00-dan etibarən etibarlıdır.
Əgər internet paketi saat 00:00-dan 07:00-dək aktivləşdirilibsə, həmin gün saat 08:00-dək etibarlıdır.
Əgər internet paketi saat 07:00-dan 08:00-dək aktivləşdirilibsə, həmin gün saat 08:00-dək və növbəti gün saat 00:00-dan 08:00-dək etibarlıdır.
Əksər cihazlarda internet ayarları ACK (avtomatik cihaz konfiqurasiyası) vasitəsilə avtomatik olaraq yenilənir.
ACK prosesi Azercell SİM kartı mobil cihaza yerləşdirildikdə və cihaz işə salındıqda avtomatik olaraq baş verir. Bu zaman cihaz üçün lazımi müvafiq ayarlar avtomatik şəkildə yüklənilir və istifadəçinin əlavə nəsə etməsinə ehtiyac qalmır.
Əgər mobil cihazın ACK ayarlarını avtomatik şəkildə tənzimləmirsə, bunun üçün SMS xidmətindən istifadə etmək olar.
Qeyd:
2-kartlı telefonlarda internet ayarlarını əldə etmək üçün Azercell nömrəsi telefonda fiziki olaraq 1-ci SIM-kart yerində olmalıdır və menyudan əsas simkart kimi seçilməlidir.
Manual ayarları qəbul etmək üçün 9595-ə boş SMS göndər. 9595 nömrəsinə göndərilən hər bir SMS üçün xidmət haqqı 0.01 AZN təşkil edir.
Mobil cihazının ayarlarında APN hissəsində “internet”, Authentication: Normal
hissəsində isə “normal” yazıldığından əmin ol.
Parametrlərə get və aşağıdakı ardıcıllığa riayət et.
> Digər ayarlar (Digər şəbəkələr)
> Mobil şəbəkələr
> Giriş nöqtəsi adları
> Yeni APN
Ad hissəsinə “Azercell Internet” yaz və APN-də “Internet” yazıldığından əmin ol. Daha sonra bu dəyişiklikləri telefonun yaddaşında saxla.
Ayarlara get və aşağıdakı ardıcıllığa riayət et.
> Mobil şəbəkə
> Mobil telefon
APN hissəsində “Internet” düyməsinin seçilməsindən əmin ol və cihazı yenidən söndürüb yandır.
Parametrlərə get və aşağıdakı ardıcıllığa riayət et.
> Digər ayarlar (Digər şəbəkələr)
> Mobil şəbəkələr
> Giriş nöqtəsi adları
Yeni APN yarat.
Ad hissəsinə “Azercell Internet” yaz və APN hissəsində “Internet” yazılmasından əmin ol. APN type: default,hipri/default supl/default kimi seçilməlidir.
Konfiqurasiyalar yaddaşda saxlanılmalıdır sonra Azercell interneti və Mobil şəbəkələr aktiv edilməlidir.