get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

Paket məlumatları

İnternet data

  • Paketə daxil olan Internet data həcmi 60 MB
~1 saat

Sosial şəbəkələr

~3 saat

Mesajlaşma

~3 saat

Web

Qiymət

  • Fakturasız və fakturalı abunəçilər üçün 1

İstifadə müddəti

  • İnternet paketin istifadə müddəti 15 gün
Sənə ən uyğun İnternet paketi seç

"Günlük", "Limitsiz saat", "Limitsiz həftəsonu" internet pakeləri aktivləşdirildikdə, aylıq internet paketlərinə abunə ləğv edilmir.

Sənə uyğun tarif təklifimiz

GəncOL

Həyatını internetsiz təsəvvür edə bilmirsən?

  • icon
750 MB

İnternet

75 dəq.

Tarifdaxili

750 MB

Azercell tətbiqləri

Yazışma

Daha ətraflı
3 GB

İnternet

300 dəq.

Tarifdaxili

3 GB

Azercell tətbiqləri

Yazışma

Daha ətraflı
6 GB

İnternet

600 dəq.

Tarifdaxili

6 GB

Azercell tətbiqləri

Yazışma

Daha ətraflı

*Qeyd: Yuxarıda qeyd edilən internetdən istifadə saatları simvolik məna daşıyır və yalnız göstərilən fəaliyyətin 1-i üçün istifadə edilə bilər.

Əlavə məlumat

Azercell abunəliyin 3 ən asan yolunu təqdim edir: 

SMS vasitəsilə

60 yazıb 2525-ə SMS göndər.

Fakturasız abunəçilər üçün 2525-ə göndərilən SMS-lər PULSUZDUR.

Fakturalı abunəçilər üçün 2525-ə göndərilən SMS-in qiyməti 0.01 AZN təşkil edir.

USSD Kod vasitəsilə

Telefonda *100*60#YES yığ.

Kabinetim vasitəsilə

Kabinetim tətbiqində istədiyin internet paketi sifariş edə bilərsən. *110# kodunu yığ və tətbiqi yükləmək üçün birbaşa keçid linki əldə et.

İnternetə giriş tarif paketinin qüvvədə olma müddətinin və ya faktura dövrünün sonunda deaktiv ediləcəkdir. Yeni internet paketini aktivləşdirmək üçün abunəçi internet.azercell.com səhifəsinə yönləndiriləcək. Bu xidmətin əsas üstünlüyü, İnternet data balansını tam istifadə etdikdən sonra avtomatik yenilənmənin rahat olmasıdır. Belə hallarda abunəçi mobil internetdən istifadəyə davam etmək üçün yükləmə səhifəsinə yönəldilir.

Bu səhifəyə keçiddən sonra abunəçi bir 3 seçim imkanından faydalana bilər:

1. Mövcud internet paketini yeniləmək

2. Daha yüksək həcmli internet paketi sifariş etmək

3. İnternetdən paketsiz istifadə etmək (1MB=0.05AZN tarifi ilə)

İnternet paketi olmadıqda GəncSim,Azercellim abunəçiləri üçün 1MB=0.20 AZN, digər abunəçilər üçün 1 MB =0.40 AZN hesablama aparılır.

50GB İnternet paketi daxilində təqdim olunan trafik bitdikdə abunəçi növbəti yeniləməyə qədər İnternetdən pulsuz istifadə edə bilər və istifadə ediləcək pulsuz İnternet trafikin maksimal sürəti 128 kb/s-dək olacaq.

Bəli, abunəçilər eyni gündə bir neçə internet paketi sifariş etməkdə sərbəstdirlər. Bununla belə, eyni internet paketini yalnız gündə bir dəfə sifariş etmək mümkündür.

Abunəçilər cari internet paketindən daha az həcmli internet paketi sifariş etmək istədikdə mövcud paketdəki internet trafik həcminin ən azı 95%-ni istifadə etməlidirlər.

03.04.2019-cu il tarixindən etibarən mövcud internet paketindən daha iri həcmli internet paketi sifariş edilməsinə heç bir məhdudiyyət qoyulmur.

Xeyr, Azercell çoxsaylı internet paketlərini eyni anda aktivləşdirmək və istifadə etmək imkanı yaradır.

Xeyr, Azercell abunəçinin rahatlığı üçün onun hesabında kifayət qədər vəsait olduğu təqdirdə istifadə müddətinin sonunda eyni internet paketini onun nömrəsində avtomatik olaraq yeniləyir.

Fakturasız xətt abunəçisi üçün internet paketini yeniləyən zaman balansda yetərli vəsait olmadıqda, sistem 90 gün ərzində təkrar yeniləməyə çalışacaq.

Fakturalı xətt abunəçilərinin xəttinə daxil olan və çıxan zənglər qadağan edildikdən sonra sistem 90 gün ərzində xətti yoxlayır. Əgər xətt bu müddətin sonunadək  aktivləşdirilməyibsə, abunəlik avtomatik olaraq ləğv edilir.

Cari balans statusu haqqında ətraflı məlumat əldə etmək üçün 2525-ə boş SMS  göndərmək, ya da telefonda *100# YES kodunu yığmaq lazımdır.

Bu xidmət fakturasız xətt abunəçiləri üçün PULSUZ təqdim olunur, fakturalı xətt  abunəçiləri üçün isə 0.01 AZN-dir.

Fakturalı xətt abunəçiləri üçün balans yoxlama yalnız növbəti hesablaşma dövründən mümkündür.

İnternet paketi həm fakturasız, həm də fakturalı xətt abunəçiləri üçün qoşulduqdan dərhal sonra aktivləşdirilir.
İnternet paketindən istifadə etməzdən əvvəl onun aktivləşdirildiyini təsdiq edən SMS bildiriş göndəriləcək.
Bütün internet paketlərin istifadə müddəti günün / ayın sonunda bitir (internet paketə uyğun olaraq) və növbəti günə/aya keçirilə bilməz.
Bəli, mobil internetdən rominq zamanı rahatlıqla istifadə etmək olar. İnternetdən istifadənin qiyməti rominq tariflərinə uyğun hesablanacaq.

Cari faktura dövründə bir internet paketi sifariş edən Fakturalı xətt abunəçiləri üçün abunəlik haqqı növbəti faktura dövründə hesablanacaq. Əgər faktura dövrü 30 gündən çox olarsa, növbəti qaimə özündə həm cari, həm də növbəti ayların internet paketləri üçün ödənişləri əks etdirə bilər.

4G (LTE) şəbəkəsinin əhatə dairəsi daxilində ideal şəraitdə abunəçilər aşağıdakıları əldə edəcəklər:

  • Yükləmə(download): 190 Mbps
  • Ötürmə(upload): 95 Mbps

4G (LTE) şəbəkəsinin əhatə dairəsi daxilində normal şəraitdə abunəçilər aşağıdakıları əldə edəcəklər:

  • Yükləmə(download): 27.8 Mbps
  • Ötürmə(upload): 18.5 Mbps

3G şəbəkəsinin əhatə dairəsi daxilində ideal şəraitdə abunəçilər aşağıdakıları əldə edəcəklər:

  • Yükləmə(download): 21.6 Mbps
Bu promo-aksiya 27.02.2019 tarixindən etibarən üçün bitmişdir.
  • Aylıq internet paketini deaktiv etmək üçün fakturasız və fakturalı xətt abunəçiləri “stop ay” və ya “0” yazıb 2525-ə SMS göndərməli və ya telefonda *100*0#YES kodunu yığmalıdırlar. Bu halda, paket dərhal ləğv olunur.
  • Aylıq internet paketinin avtomatik yenilənməsini dayandırmaq üçün fakturasız və fakturalı xətt abunəçiləri “ay-” yazıb 2525-ə SMS göndərməli və ya telefonda *100*00#YES kodunu yığmalıdırlar. Bu halda, paketin qalıq balansından istifadə müddətinin sonuna qədər yararlanmaq mümkündür.
İnternet üçün hesablama intervalı 51 kb-dir. Bu, rominqdə olan internet paketlərinə tətbiq olunmur.

08.02.2016-cı il tarixindən etibarən, Samsung, Galaxy Tab və Huawei kampaniyaları çərçivəsində təqdim edilən internet bonusları digər paketlərdə təqdim edilən bonuslardan əvvəl istifadə ediləcəkdir. Bu, aşağıdakı internet paketlərindən istifadə etməklə bütün fakturasız və fakturalı xətt abunəçilərinə tətbiq olunur:

  •       50MB / 500MB / 1GB / 5GB / 10GB internet paketləri
  •       Gündəlik 500 MB internet paketləri
  •       10GB = 10AZN promo-aksiyası
  •       GencOL tarifi

Əgər internet paketinin müvafiq istifadə müddətləri bitmədən trafik həcmi tam istifadə edilərsə, internetə giriş dayandırılacaqdır. Daha sonra istifadəçi yeni paket sifariş etmək üçün www.azercell.com saytına  yönəldiləcək.

Data Card və Galaxy Tab kampaniyaları bitdikdən sonra aylıq internet paketlərinin şərtləri tətbiq olunacaq.

Abonentin balansında 50GB aylıq internet paket mövcüddursa, Serfeli 10 GB və Serfeli 30GB aylıq internet paketlərin istifadəsi mümkün olmayacaq.

 

İnternet Ayarları (9595)

İnternet ayarlarını menyu üzərindən də quraşdırmaq olar. Cihazın növündən asılı olaraq ayarlar aşağıdakı qaydada quraşdırılmalıdır:

  • Avtomatik telefon konfiqurasiyalarını almaq üçün 9595-ə boş SMS göndərmək lazımdır (bu nömrəyə göndərilən hər SMS-in qiyməti 0.01 AZN-dir).
  • Cavab olaraq sistem tərəfindən ilk öncə məlumat xarakterli mesaj və 20 dəqiqə ərzində müvafiq ayarlar göndərilir. Ekranda görünən ayarlar cihazın yaddaşında saxlanılmalıdır.
  • Yeni ayarları quraşdırmaq və internetə girişi bərpa etmək üçün telefonu söndürüb yenidən yandırmaq lazımdır.

İnternet ayarlarını menyu üzərindən də quraşdırmaq olar. Cihazın növündən asılı olaraq ayarlar aşağıdakı qaydada quraşdırılmalıdır:

Android telefonları üçün:

Ayarlar:

> Digər ayarlar (Digər şəbəkələr, Daha çox)

> Mobil şəbəkələr

> Giriş Nöqtəsinin Adları

> Yeni APN

> Ad: “Azercell Internet”, APN: “Internet” yazılmalıdır

 ‘Yadda Saxla’ düyməsinə basılmalıdır.

Android planşetləri üçün:

Ayarlar:

> Daha çox parametrlər

> Mobil şəbəkələr

> Giriş Nöqtəsinin Adları

> Yeni APN yaradılmalıdır

Ad: Azercell internet

APN: internet

APN növü: default, hipri/default supl/default

Konfiqurasiyalar cihazın yaddaşında saxlanıldıqdan sonra Azercell interneti və Mobil şəbəkələr aktiv edilməlidir.

iOS cihazları üçün:

Ayarlar:

> Mobil şəbəkə

> Mobil məlumatlar şəbəkəsi

> Apn: “Internet” yazılmalıdır

Cihaz yenidən söndürülüb yandırılmalıdır.

Xiaomi telefonları üçün:

Ayarlar:

> Sim kart və Mobil şəbəkələr

> Sim kart ayarları

> Azercell

> Giriş Nöqtəsinin Adları

> Yeni APN-də, ad sahəsində “Azercell”  və APN sahəsində “Internet” yazılmalıdır

Azercell SİM Kartının hansı bölmədə olduğu yoxlanılmalıdır. Daha sonra Sim İdarəedicisi > Məlumat xidmət şəbəkəsi bölümünə daxil olub, nömrənin yerləşdiyi SIM kart seçilməlidir.