get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

İnternet paketi haqqında məlumat

İnternet data

  • Paketə daxil olan İnternet data həcmi 500 MB
  • Limitsiz
~1.5 saat

Video zəng

~8 saat

Sosial şəbəkələr

~24 saat

Mesajlaşma

Qiymət

  • Fakturasız və fakturalı abunəçilər üçün 1.20

İstifadə müddəti

  • İnternet paketin istifadə müddəti 24 saat avto-yeniləmə ilə
Sənə ən uyğun İnternet paketi seç

"Günlük", "Limitsiz saat", Limitsiz həftəsonu" internet pakeləri aktivləşdirildikdə, aylıq internet paketlərinə abunə ləğv edilmir.

Sənə uyğun tarif təklifimiz

GəncOL

Həyatını internetsiz təsəvvür edə bilmirsən?

  • icon
750 MB

İnternet

75 dəq.

Tarifdaxili

750 MB

Azercell tətbiqləri

Yazışma

Daha ətraflı
3 GB

İnternet

300 dəq.

Tarifdaxili

3 GB

Azercell tətbiqləri

Yazışma

Daha ətraflı
6 GB

İnternet

600 dəq.

Tarifdaxili

6 GB

Azercell tətbiqləri

Yazışma

Daha ətraflı

*Qeyd: Yuxarıda qeyd edilən İnternetdən istifadə saatları simvolik məna daşıyır və yalnız göstərilən fəaliyyətin 1-i üçün istifadə edilə bilər

Əlavə məlumat

Azercell abunəliyin 2 ən asan yolunu təqdim edir: 

SMS vasitəsilə

gun+ yazıb 2525-ə SMS göndər.

Fakturasız abunəçilər üçün 2525-ə göndərilən SMS-lər PULSUZDUR.

Fakturalı abunəçilər üçün 2525-ə göndərilən SMS-in qiyməti 0.01 AZN təşkil edir.

Kabinetim vasitəsilə

Kabinetim tətbiqində istədiyin internet paketi sifariş edə bilərsən. *110# kodunu yığ və tətbiqi yükləmək üçün birbaşa keçid linki əldə et.

İnternetə giriş tarif paketinin qüvvədə olma müddətinin və ya faktura dövrünün sonunda deaktiv ediləcəkdir. Yeni internet paketini aktivləşdirmək üçün abunəçi internet.azercell.com səhifəsinə yönləndiriləcək. Bu xidmətin əsas üstünlüyü, İnternet data balansını tam istifadə etdikdən sonra avtomatik yenilənmənin rahat olmasıdır. Belə hallarda abunəçi mobil internetdən istifadəyə davam etmək üçün yükləmə səhifəsinə yönəldilir.

Bu səhifəyə keçiddən sonra abunəçi bir 3 seçim imkanından faydalana bilər:

1. Mövcud internet paketini yeniləmək

2. Daha yüksək həcmli internet paketi sifariş etmək

3. İnternetdən paketsiz istifadə etmək (1MB=0.05AZN tarifi ilə)

İnternet paketi olmadıqda GəncSim,Azercellim abunəçiləri üçün 1MB=0.20 AZN, digər abunəçilər üçün 1 MB =0.40 AZN hesablama aparılır.

50GB İnternet paketi daxilində təqdim olunan trafik bitdikdə abunəçi növbəti yeniləməyə qədər İnternetdən pulsuz istifadə edə bilər və istifadə ediləcək pulsuz İnternet trafikin maksimal sürəti 128 kb/s-dək olacaq.

Cari balans statusu haqqında ətraflı məlumat əldə etmək üçün 2525-ə boş SMS  göndərmək, ya da telefonda *100# YES kodunu yığmaq lazımdır.

Bu xidmət fakturasız xətt abunəçiləri üçün PULSUZ təqdim olunur, fakturalı xətt  abunəçiləri üçün isə 0.01 AZN-dir.

Fakturalı xətt abunəçiləri üçün balans yoxlama yalnız növbəti hesablaşma dövründən mümkündür.

İnternet paketindən istifadə etməzdən əvvəl onun aktivləşdirildiyini təsdiq edən SMS bildiriş göndəriləcək.
Bütün internet paketlərin istifadə müddəti günün / ayın sonunda bitir (internet paketə uyğun olaraq) və növbəti günə/aya keçirilə bilməz.
Xeyr. Azercell abunəçiləri günlük 100 MB və 500 MB İnternet paketlərini gün ərzində bir neçə dəfə sifariş edə bilərlər, lakin öncədən sifariş edilmiş İnternet trafiki bitməsi şərtdir.
Bəli, mobil internetdən rominq zamanı rahatlıqla istifadə etmək olar. İnternetdən istifadənin qiyməti rominq tariflərinə uyğun hesablanacaq.
Paket ləğv edildiyi zaman onun aktivləşdirilməsi üçün edilən ödəniş geri qaytarılmır.

Korporativ abunəçilər aşağıda göstərilən internet paketlərini əldə edə bilməzlər:

  •       1 saatlıq
  •       3 saatlıq
  •       Gündəlik paket
  •       Gecə paketi
  •       Gündəlik yenilənən paket (100 MB)
  •   Gündəlik yenilənən paket (500 MB)
9 yanvar, 2020-ci il tarixdən etibarən fərdi fakturalı və fakturasız xətt abunəçiləri 50 MB-lıq internet paketini aktivləşdirə bilməzlər.
Bu baş verdiyi halda cari paket sistem tərəfindən növbəti gün yenilənir. Paketi yeniləmək üçün balansda kifayət qədər məbləğ olmadığı təqdirdə sistem 90 gündən sonra paketi yeniləmək üçün cəhd göstərir. Bu dəfə də balansda kifayət qədər məbləğ olmadıqda, abunəlik ləğv edilir.

Cari faktura dövründə bir internet paketi sifariş edən Fakturalı xətt abunəçiləri üçün abunəlik haqqı növbəti faktura dövründə hesablanacaq. Əgər faktura dövrü 30 gündən çox olarsa, növbəti qaimə özündə həm cari, həm də növbəti ayların internet paketləri üçün ödənişləri əks etdirə bilər.

4G (LTE) şəbəkəsinin əhatə dairəsi daxilində ideal şəraitdə abunəçilər aşağıdakıları əldə edəcəklər:

  • Yükləmə(download): 190 Mbps
  • Ötürmə(upload): 95 Mbps

4G (LTE) şəbəkəsinin əhatə dairəsi daxilində normal şəraitdə abunəçilər aşağıdakıları əldə edəcəklər:

  • Yükləmə(download): 27.8 Mbps
  • Ötürmə(upload): 18.5 Mbps

3G şəbəkəsinin əhatə dairəsi daxilində ideal şəraitdə abunəçilər aşağıdakıları əldə edəcəklər:

  • Yükləmə(download): 21.6 Mbps
Bəli. Abunəçilər hər gün istədikləri qədər internet paketi əldə edə bilərlər. Bununla birlikdə, nəzərə almaq lazımdır ki, yeni paket aktivləşdirilməzdən öncə cari balansdakı internet paketi tamamilə istifadə olunmalıdır.

500 MB-lıq internet paketini deaktivasiya etmək və ya abunəliyi dayandırmaq üçün “STOP GUN” yazıb SMS vasitəsilə 2525-ə göndərmək kifayətdir.

Fakturasız xətt abunəçiləri üçün xidmət pulsuzdur. Fakturalı xətt abunəçiləri üçün 2525 nömrəsinə göndərilən hər bir SMS üçün xidmət haqqı 0.01 AZN təşkil edir.

İnternet Ayarları (9595)

Əksər cihazlarda internet ayarları ACK (avtomatik cihaz konfiqurasiyası) vasitəsilə avtomatik olaraq yenilənir.

ACK prosesi Azercell SİM kartı mobil cihaza yerləşdirildikdə və cihaz işə salındıqda avtomatik olaraq baş verir. Bu zaman cihaz üçün lazımi müvafiq ayarlar avtomatik şəkildə yüklənilir və istifadəçinin əlavə nəsə etməsinə ehtiyac qalmır.

SMS vasitəsilə

Əgər mobil cihazın ACK ayarlarını avtomatik şəkildə tənzimləmirsə, bunun üçün SMS xidmətindən istifadə etmək olar.

  1. Mobil cihazdan 9595 nömrəsinə boş SMS göndər. 9595 nömrəsinə göndərilən hər bir SMS üçün xidmət haqqı 0.01 AZN təşkil edir.
  2. Bu zaman mobil cihaza məlumat xarakterli mesaj göndərilir (bu mesaj istifadəçi tərəfindən silinə bilər).
  3. Mobil cihaz növbəti 20 dəqiqə ərzində müvafiq internet ayarlarını qəbul edir.
  4. Bu ayarları yaddaşda saxla və telefonunu söndürüb yenidən işə sal.

Qeyd:

2-kartlı telefonlarda internet ayarlarını əldə etmək üçün Azercell nömrəsi telefonda fiziki olaraq 1-ci SIM-kart yerində olmalıdır və menyudan əsas simkart kimi seçilməlidir.

Manual ayarları qəbul etmək üçün 9595-ə boş SMS göndər. 9595 nömrəsinə göndərilən hər bir SMS üçün xidmət haqqı 0.01 AZN təşkil edir.

Bütün cihazlar üçün

Mobil cihazının ayarlarında APN hissəsində “internet”, Authentication: Normal

 hissəsində isə “normal” yazıldığından əmin ol.

Android mobil telefonlar üçün

Parametrlərə get və aşağıdakı ardıcıllığa riayət et.

> Digər ayarlar (Digər şəbəkələr)

> Mobil şəbəkələr

> Giriş nöqtəsi adları

> Yeni APN

Ad hissəsinə “Azercell Internet” yaz və APN-də “Internet” yazıldığından əmin ol. Daha sonra bu dəyişiklikləri telefonun yaddaşında saxla.

iOS cihazlar üçün

Ayarlara get və aşağıdakı ardıcıllığa riayət et.

> Mobil şəbəkə

> Mobil telefon

APN hissəsində “Internet” düyməsinin seçilməsindən əmin ol və cihazı yenidən söndürüb yandır.

Android planşetlər üçün

Parametrlərə get və aşağıdakı ardıcıllığa riayət et.

> Digər ayarlar (Digər şəbəkələr)

> Mobil şəbəkələr

> Giriş nöqtəsi adları

Yeni APN yarat.

Ad hissəsinə “Azercell Internet” yaz və APN hissəsində “Internet” yazılmasından əmin ol. APN type: default,hipri/default supl/default kimi seçilməlidir. 

Konfiqurasiyalar yaddaşda saxlanılmalıdır sonra Azercell interneti və Mobil şəbəkələr aktiv edilməlidir.