get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Xüsusi təkliflər

ƏDV-ni “Kabinetim”də topla!

Çekləri "Azercell Kabinetim"də oxut və ƏDV-ni geri al!

images

Ümumi məlumat

Əlavə Dəyər Vergisi (ƏDV) ticarət və ictimai iaşə obyektlərində ödənişlər zamanı tutulan məbləğdir. Bu məbləği geri almaq imkanınız var. Bunun üçün Kabinetim tətbiqində mövcud ƏDV geri alhesabınıza daxil olmaq və ya qeydiyyatdan keçmək lazımdır. Geri qaytarılacaq məbləğ nağdsız əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin 15%-ni, nağd əməliyyatlar üzrə isə 10%-ni təşkil edir.

Artıq geri ödəniləcək ƏDV məbləğini birbaşa Kabinetim tətbiqi üzrə hesabınızda toplayıb, balansa çevirə bilərsiniz. Yığılan məbləğ vasitəsilə həm özünüzün, həm də istənilən Azercell abunəçisinin balansını artırmaq mümkündür. 

Alış-veriş zamanı etdiyiniz ödənişlər üzrə çekləri Kabinetim-də oxudun və toplanılan məbləği tətbiq vasitəsilə həyata keçirdiyiniz ödəmələrdə istifadə edin. Rahat sistem sayəsində vahid ƏDV balansınız həm ABB Mobile, həm də Azercell Kabinetim-də eyni şəkildə əks olunacaq. Həmçinin Kabinetim tətbiqində ƏDV və Azercell balanslarınızı eyni anda yoxlaya bilərsiniz.

Bütün vacib əməliyyatları bir tətbiq daxilində — Kabinetim-də həyata keçirin! 

Azercell Kabinetim tətbiqini sadəcə bu linkə keçid etməklə yükləmək olar.

Tətbiqin funksiyalarından faydalanmaq üçün Azercell nömrəsi ilə qeydiyyatdan keçmək lazımdır.

ƏDV-ni balansa necə çevirmək olar?

  1. Ticarət və ictimai iaşə obyektlərində etdiyiniz ödənişlər üzrə çekləri toplayın.

  2. Kabinetim-də “ƏDV geri al” bölməsinə daxil olun.“Kabinetim” mobil tətbiqi vasitəsilə “ƏDV geri al” hesabını yaradın və ya mövcud hesabınıza daxil olun.

  3. Alış-veriş qəbzinin fiskal ID-sini qeyd etməklə və yaxud QR kodu oxutmaqla ƏDV faizlərinizi geri alın. Əgər həmin çek üzrə ƏDV qaytarılması nəzərdə tutulubsa, məbləğ qəbzin çap edildiyi tarixdən 30 (otuz) gün keçdikdən sonra hesaba yüklənilir. ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i hesabınıza yüklənəcək.

  4. Balansınızı geri ödənilən ƏDV məbləği vasitəsilə birbaşa Kabinetim tətbiqində artırın.

Əlavə məlumat

Müştəri “Kabinetim” mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçir və ya artıq mövcud olan “ƏDV geri al” hesabına daxil olur. Hesaba daxil olduqdan sonra alış-veriş qəbzinin fiskal ID-sini qeyd etməklə və yaxud QR kodu oxutmaqla ƏDV faizlərini geri ala bilir.

Digər tətbiq və ya portal vasitəsilə qaytarılan ƏDV faizləri ancaq həmin tətbiq və ya portal çərçivəsində əks olunur. Lakin vahid ƏDV balansınız həm ABB mobile həm Azercell Kabinetim-də eyni olacaqdır.

Malın xüsusi qurğular vasitəsilə oxuna bilən QR kodu, yaxud çek üzərində nəzarət mexanizminin formalaşdırdığı 12 rəqəmlik unikal identifikasiya nömrəsi. Fiskal ID qəbzlərin üzərində çap olunur.

”Kabinetim” - nömrənin rahat idarə edilməsi üçün nəzərdə tutulmuş tətbiqdir.

Kabinetim mobil tətbiqini Android əməliyyat sistemli mobil cihazlarda "Play Store-dan", iOS əməliyyat sistemli mobil cihazlarda "Apple Store"-dan, Huawei mobil cihazlarda isə "AppGallery"-dən yükləyə bilərsiniz.

Tətbiqin funksiyalarından faydalanmaq üçün sadəcə Azercell nömrəsi ilə qeydiyyatdan keçmək yetərlidir.

“ƏDV geri al” hesabınıza aşağıdakı addımlarla daxil ola bilərsiniz",
"“ƏDV geri al” bölümünə giriş üçün məlumatları təsdiqləyin;",
" ABB tərəfindən təqdim olunmuş birdəfəlik şifrəni daxil edin;",
"“ƏDV geri al” hesabına daxil olun."

Portala giriş etmək üçün şəxsiyyəti təsdiq edən sənədin FİN kodu və qeydiyyatdan keçərkən istifadə edilən mobil nömrə daxil edilməlidir.

Bəli, “Kabinetim” mobil tətbiqi vasitəsilə çekin üzərindəki QR kodu oxutmaq mümkündür. Bu zaman açılan pəncərədəki məlumatların Dövlət Vergi Xidmətinin bazasındakı məlumatlara uyğunluğu yoxlanır. İstifadəçi məlumatlandırılır və çekin təsdiqlənməsi dərhal “ƏDV geri al” bölməsində əks olunur.

Toplanmış ƏDV faizlərinin məbləğini özünüzün və ya digər Azercell nömrəsinin balansına köçürə bilərsiniz.

Çek yaradıldıqdan 90 dəqiqə keçmədən əlavə edilərsə, müştəriyə ”Bu çek sistemdə yoxdur, avtomatik olaraq təkrar yoxlanılacaq” məzmunlu bildiriş göndərilir. Çek sistemdə əks olunduqdan sonra isə avtomatik şəkildə “Çeklər” bölməsinə keçirilir.

Çekin yaranma tarixindən 30 təqvim günü keçmədiyi halda, çekin fiskal ID-si sistemə daxil edilərkən ƏDV-nin qaytarılmasına dair sorğu “Gözlənilən” statusu ilə “Çeklər” bölməsində saxlanılır.

Çekin yaranma tarixindən 30 təqvim günü keçibsə, çekin fiskal ID-si sistemə daxil edilərkən ƏDV məbləği dərhal istehlakçının virtual hesabına köçürülür və “Ödənilən” statusu ilə “Çeklər” bölməsində saxlanılır.

Çekin yaranma tarixindən 30 təqvim günü keçdikdən sonra çekin statusu vahid məlumat bazası ilə avtomatik şəkildə təkrar yoxlanır. Çek qüvvədə olmadıqda, “Ləğv olunan” statusu ilə “Çeklər” bölməsində saxlanılır.