get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Xüsusi təkliflər

Hədiyyəli eSIM nömrələr

images

Ümumi məlumat

eSIM kampaniyası çərçivəsində təqdim edilən gözəl nömrələri əldə edən abunəçilər seçdiyi kampaniya nömrəsindən asılı olaraq əlavə bonus qazana bilər.

Fakturasız xətt abunəçiləri kampaniya nömrələrini əldə etməklə nömrənin dəyərindən asılı olaraq 10 AZN, 25 AZN və ya 50 AZN hədiyyə balansı qazana bilərlər.

Fakturalı xətt abunəçiləri isə Sərbəst 15, Sərbəst 25Sərbəst 50 tarif paketlərindən birinə pulsuz qoşulmaq imkanına sahib olurlar.

Mövcud Azercell Fakturasız və ya Fakturalı xətt nömrəsini eSIM-ə daşımaq istəyən abunəçilər sim kart dəyişikliyini həm azercellim.com veb səhifəsindən, həm də Azercell-in rəsmi diler mağazaları və Müştəri xidmətləri ofislərindən PULSUZ əldə edə bilərlər.

Kampaniya nömrələri və onlara uyğun təkliflər haqqında məlumatı azercellim.com səhifəsindən almaq mümkündür.

Kampaniya nömrələrini Azercell-in rəsmi diler mağazalarından əldə etmək olar.

Əlavə məlumat

  • Fakturasız xətt abunəçilərinə verilən bonus məbləği 6 ay ərzində yalnız istənilən “Sərbəst”, “GəncOl 2”, “Gəncol 6”, “Gəncol 9” tariflərinin alınmasına istifadə edilə bilər.
  • İlk qoşulma zamanı bonus məbləği seçilmiş tarif paketinin aktivləşdirilməsinə kifayət etmədikdə çatışmayan məbləğ əsas balansdan ödəniləcək.
  • Tarif yenilənməsi zamanı bonus məbləği tarif paketinin tam ödənişinə kifayət etmədikdə, tam məbləğ əsas balansdan ödəniləcək.
  • Kampaniyaya qoşulan abunəçilər 3 AZN “Xoşgəldin” bonusunu da əldə edə biləcəklər.
  • Kampaniya yalnız eSIM nömrəsi əldə etmiş abunəçilərə şamil olunacaq.
  • Fakturalı xətt abunəçilərinə yalnız ilk qoşulma zamanı seçilmiş tarifi pulsuz təqdim edilir. Növbəti fakturalama zamanı abunə haqqı cari tarifə uyğun olaraq hesablanır.
  • Kampaniyaya qoşulan abunəçilərə tarif planlarına ilk qoşulma zamanı verilən 50% endirim təqdim edilmir.
  • Kampaniya yalnız yeni eSIM nömrəsi əldə etmiş abunəçilərə şamil olunacaq.