ÜMUMİ MƏLUMAT
Azercell abunəçiləri üçün eksklüziv təklif – irihəcmli İnternet paketlərindən birinə qoşulun və 12 ay ərzində ödəmə etməklə LG Flex 2 smartfonunu 50% ENDİRİMLƏ əldə edin. Üstəlik, smartfon alana LG W100 smart qol saatı hədiyyə edilir!
Kampaniyayadan faydalanmaq üçün 5GB, 10GB və ya "Limitsiz" İnternet paketlərindən birinə qoşulmaq mütləqdir.
TƏKLİFLƏR
Kampaniyanın növü
|
Aylıq ödəniş
|
LG Flex 2 + 5GB
|
45 AZN
|
LG Flex 2 + 10GB
|
50 AZN
|
LG Flex 2 + LİMİTSİZ
|
65 AZN
|
Kampaniya çərçivəsində təqdim olunan smartfonu Azercell Müştəri Xidmətləri ofislərindən ala bilərsiniz.
BİRDƏFƏLİK İNTERNET PAKETLƏRİ
Kampaniya çərçivəsində təqdim olunan internet həcmi istifadə müddətindən tez bitərsə, Siz aşağıdakı birdəfəlik internet paketlərindən birini sifariş edə bilərsiniz: Bunun üçün telefonunun brauzerindən internet.azercell.com daxil olun və ya 2525-ə müvafiq açar sözünü göndərin.
İnternetin həcmi |
Açar sözü |
Qiymət |
500 MB |
500g |
3 AZN |
1 GB |
1000g |
5 AZN |
5 GB |
5000g |
10 AZN |
10 GB |
10000g |
15 AZN |
50 GB |
Limitsizg |
30 AZN
|
- Kampaniya fiziki statusa malik abunəçilər üçün nəzərdə tutulub.
- Kampaniyaya qoşulmaq üçün fakturasız xətt abunəçisinin son 6 ay üzrə yüklənmiş cəmi məbləğ ƏDV daxil 100 AZN-dən, son 6 ay üzrə aylıq ödəniş ƏDV daxil 5 AZN-dən az olmamalı və adına rəsmiləşdirilən digər nömrələrdə borc olmamalıdır.
- Fakturalı xəttə keçən abunəçilərin kampaniyaya qoşulmaq üçün son 6 ay ərzində ödənilmiş faktura məbləği yuxarıda qeyd olunan məbləğdən az olmamalıdır.
- Kampaniyada iştirak etmək istəyi ilə muraciət edən Hədsiz və ya Hədsiz İnternet tarifi istifadəçiləri bu tariflərdə 12 ay qalma şərtilə telefonu güzəştli şərtlərlə ala biləcəklər: Hədsiz tarifi üçün 12 ay ərzində aylıq ödəniş 86.15 AZN, Hədsiz İnternet tarifi üçün 12 ay ərzində aylıq ödəniş 56.15 AZN.
- Kampaniya çərçivəsində Hədsiz tariflərinə yeni qoşulan abunəçilərə ilk aylıq abunə haqqına tətbiq olunan 50% endirim təqdim olunmur.
- Hər bir abunəçi kampaniyadan yalnız bir dəfə öz adına olan nömrə ilə qoşula bilər.
- Cihazın 12 ay güzəştli şərtlərlə əldə edilmə müddətindən daha tez müqavilə münasibətlərinə xitam veriləcəyi halda cərimə tətbiq olunur.
- Telefon kredit kampaniyasi çərçivəsində birdəfəlik paket alınarsa, kredit bitdikdə/ləğv olunduqda, birdəfəlik internet paketdən istifadə dayandırılacaq.
Qiymətlərə ƏDV daxildir |