General Mobile Android One
ÜMUMİ MƏLUMAT
Azercell abunəçiləri üçün eksklüziv təklif – ilk dəfə Azərbaycanda və yalnız bizdə General Mobile Android One smartfonunu əldə edin!
Bunun üçün irihəcmli İnternet paketlərindən birinə qoşulun və 12 ay ərzində ödəmə etməklə çox sərfəli qiymətə General Mobile Android One smartfonunun sahibi olun.
Kampaniya 11 oktyabr 2016-cı il tarixindən etibarən keçirilir.
Kampaniyayadan faydalanmaq üçün 5GB, 10GB və ya "Limitsiz" İnternet paketlərindən birinə qoşulmaq mütləqdir.
QİYMƏTLƏR
İnternet paketinin adı
|
Aylıq ödəniş/12 ay
|
"5GB"
|
35 AZN
|
"10GB"
|
40 AZN
|
"LİMİTSİZ"
|
55 AZN
|
Paketlər haqqında ətraflı məlumat burada.
BİRDƏFƏLİK İNTERNET PAKETLƏRİ
Abunəçilər həmçinin xüsusi hər ay yenilənməyən İnternet paketlərindən də yararlana bilərlər. Bunun üçün 2525-ə müvafiq açar sözünü göndərməlidirlər.
İnternetin həcmi |
Açar sözü |
Qiymət |
500 MB |
500g |
3 AZN |
1 GB |
1000g |
5 AZN |
5 GB |
5000g |
10 AZN |
10 GB |
10000g |
15 AZN |
50 GB |
Limitsizg |
30 AZN
|
Kampaniya çərçivəsində təqdim olunan smartfonları Azercell Ekspres ofislərindən və ya rəsmi diler dükanlarından ala bilərsiniz.
- Kampaniya fiziki statusa malik abunəçilər üçün nəzərdə tutulub.
- Kampaniyaya qoşulmaq üçün abunəçinin ( fakturasız və fakturalı xətt) nömrəsi ən azı 12 ay aktiv olmalı, son 6 ay üzrə yüklənmiş cəmi məbləğ ƏDV daxil 60 AZN-dən az olmamalı və adına rəsmiləşdirilən digər nömrələrdə borc olmamalıdır.
- Fakturalı xəttə keçən, həmçinin digər operatorun şəbəkəsindən Azercell şəbəkəsinə keçid edən abunəçilərin kampaniyaya qoşulmaq üçün son 6 ay ərzində ödənilmiş faktura məbləği yuxarıda qeyd olunan məbləğdən az olmamalıdır.
- Kampaniyada iştirak etmək istəyi ilə muraciət edən Hədsiz və ya Hədsiz İnternet tarifi istifadəçiləri bu tariflərdə 12 ay qalma şərtilə telefonu güzəştli şərtlərlə ala biləcəklər: Hədsiz tarifi üçün 12 ay ərzində aylıq ödəniş 72.32 AZN, Hədsiz İnternet tarifi üçün 12 ay ərzində aylıq ödəniş 42.32 AZN.
- Kampaniya çərçivəsində Hədsiz tariflərinə yeni qoşulan abunəçilərə ilk aylıq abunə haqqına tətbiq olunan 50% endirim təqdim olunmur.
- Hər bir abunəçi kampaniyadan yalnız bir dəfə öz adına olan nömrə ilə qoşula bilər.
- Kampaniyada adına 5-dən artıq nömrə rəsmiləşdirilməyən abunəçilər iştirak edə bilər.
- Cihazın güzəştli şərtlərlə əldə edilmə müddətindən daha tez müqavilə münasibətlərinə xitam veriləcəyi halda cərimə tətbiq olunur.
- Telefon kredit kampaniyasi çərçivəsində birdəfəlik paket alınarsa, kredit bitdikdə/ləğv olunduqda, birdəfəlik internet paketdən istifadə dayandırılacaq.
Qiymətlərə ƏDV daxildir |