Siz ərazisindəsiniz
Azercell-in geniş şəbəkəsi Azərbaycan ərazinin 89.3%-ni, ölkə əhalisinin isə 99.8%-ni əhatə edir. Genişlənməkdə davam edirik.
4G — ingilis dilində 4th generation, yəni, 4-cü nəsil deməkdir və bu texnologiya məlumatların mobil xətt istifadəçilərinə 100 mbit/san, sabit xətt istifadəçilərinə isə 1 gbit/san sürətlə ötürülməsinə imkan verir.
4G-in dünyada ən yayılmış texnologiyası LTE sayılır və buna görə də hər iki söz bu məzmunda sinonim sayılır.
4G daha yüksək sürət və daha stabil şəbəkə deməkdir. 4G vasitəsilə abunəçilər aşağıdakı üstünlükləri əldə edirlər:
4G-nin üstünlüklərindən istifadə etmək üçün 4G-ni dəstəkləyən mobil telefonun və yeni nəsil LTE texnologiyasını dəstəkləyən USİM sim kartının olması əsas şərtdir.
SİM kartın 4G dəstəkləməsini yoxlamaq üçün 4G yazıb 2525-ə göndərmək kifayətdir.
Əgər SİM kartın 4G-ni dəstəkləmirsə, nömrəni və şəxsiyyət vəsiqəni sənə ən yaxın Azercell müştəri xidmətləri mərkəzinə təqdim edərək nömrənin 4G dəstəkləyən dublikatını əldə edə bilərsən.
Mobil telefonunda 4G avtomatik olaraq aktivləşdirilmədiyi təqdirdə onu manual qaydada aktivləşdirmək mümkündür. Bunun üçün:
iOS:
Ayarlar → Mobil şəbəkə → Mobil şəbəkə seçimləri → Səs & İnternet → 4G (LTE)
Android:
Menyu → Ayarlar → Əlavə / Digər şəbəkələr / Digər → Mobil şəbəkələr → Şəbəkə rejimi → LTE (və ya avtomatik GSM / WCDMA / LTE əlaqəsi)
Müraciət üçün xanaları doldur
Sizinlə ən qısa zamanda əlaqə saxlayacağıq!
Ən çox axtarılanlar
Abunəlik uğurla tamamlanmışdır