Xəbərlər

  • Azercell abunəçilərinin nəzərinə

    05.04.2019-cu il tarixindən etibarən, “Azercell Telekom” MMC-nin abunəçilərinə təqdim edilən “Zəngimcell” xidmətində yeni istifadə şərtləri tətbiq olunacaqdır. Xidmət haqqı nömrənin balansında mövcud olan vəsaitə uyğun olaraq tənzimlənəcək. Eyni zamanda balansında yetərli vəsait olmayan abunəçilər də 10 (on) günlük (0,50 AZN) xidməti aktiv edə, balansına vəsait əlavə etdikdən sonra isə hissə-hissə ödəməklə xidmətdən yararlana biləcək. “Zəngimcell” xidmətinə abunəlik 1 (bir) gün üçün 0,05 AZN (Xidmətə maksimum 30 günlük (1,50 AZN) abunəlik imkanı təqdim edilir. Bu müddət bitdikdən sonra abunəçi xidmətdən imtina etmədiyi təqdirdə, xidmətə abunəlik avtomatik şəkildə nömrənin balansında mövcud olan vəsaitə uyğun olaraq uzadılır) təşkil edəcək. 05.04.2019-cu il tarixinədək “Zəngimcell” xidmətindən yararlanmaqda olan abunəçilər üçün yeni tariflər, əvvəlki tariflərlə əldə edilmiş xidmətin istifadə müddəti başa çatdıqdan sonra tətbiq olunacaq.