Xəbərlər

  • Azercell abunəçilərinin nəzərinə

    23.01.2019-cu il tarixindən etibarən, “Azercell Telekom” MMC-nin fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün təqdim edilən Simkredit xidmətində 1 AZN (1 AZN kredit məbləği, 0,20 AZN xidmət haqqı), 2 AZN (2 AZN kredit məbləği, 0,40 AZN xidmət haqqı) və 3 AZN (3 AZN kredit məbləği, 0,60 AZN xidmət haqqı) kredit məbləğlərindən yararlanmaq mümkün olacaq.

    Eyni zamanda, Simkredit xidməti ilə əlaqədar 9150, 9250, 9290, 9600 və 9155 qısa nömrələrinə göndərilən SMS-lərə görə və *155#YES*150#YES, *250#YES, *290#YES, *200#YES USSD kodlardan istifadəyə görə 0,05 AZN (ƏDV daxil) məbləğində xidmət haqqı tətbiq ediləcək.

    Qeyd: Abunəçilər göstərilən dəyişiklər, Simkredit xidmətindən istifadə şərtləri, sifarişi və tarifləri barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.