Xəbərlər

  • Azercell abunəçilərinin nəzərinə

    09.01.2019-cu il tarixindən etibarən bəzi İnternet Paketləri ilə bağlı aşağıdakı dəyişiklik tətbiq ediləcək:


    “Azercell Telekom” MMC-nin fakturalı xətt sistemində mövcud olan “4GB=9AZN” həcmli İnternet Paketi ləğv edilir. Həmin tarixdən sonra qeyd olunan paketə abunəlik dayandırılacaq, mövcud nömrələrdə abunəlik yenilənməyəcək və müvafiq 30 günlük istifadə müddəti bitənədək həmin paketdən istifadə davam edəcək. Bu 30 günlük istifadə müddətdə bitdikdən sonra digər həcmli İnternet Paketlərinə keçid etməyən və ya müvafiq paketə abunəliyi dayandırmayan nömrələrdə, avtomatik olaraq “4GB=9AZN” paketi, “5GB=8AZN” paketi ilə əvəz ediləcək;


    “Azercell Telekom” MMC-nin fakturasız (SimSim) xətt sistemində mövcud olan “18GB=24AZN” həcmli İnternet Paketi ləğv edilir. Həmin tarixdən sonra qeyd olunan paketə abunəlik dayandırılacaq, mövcud nömrələrdə abunəlik yenilənməyəcək və müvafiq 30 günlük istifadə müddəti bitənədək həmin paketdən istifadə davam edəcək. Bu 30 günlük istifadə müddətdə bitdikdən sonra digər həcmli İnternet Paketlərinə keçid etməyən və ya müvafiq paketə abunəliyi dayandırmayan nömrələrdə, avtomatik olaraq “18GB=24AZN” paketi, “10GB=15AZN” paketi ilə əvəz ediləcək;


    “Azercell Telekom” MMC-nin həm fakturasız (SimSim) xətt, həm də fakturalı xətt sistemində mövcud olan “100MB=2AZN” həcmli İnternet Paketi ləğv edilir. Həmin tarixdən sonra qeyd olunan paketə abunəlik dayandırılacaq, mövcud nömrələrdə abunəlik yenilənməyəcək və müvafiq 30 günlük istifadə müddəti bitənədək həmin paketdən istifadə davam edəcək. Bu 30 günlük istifadə müddətdə bitdikdən sonra digər həcmli İnternet Paketlərinə keçid etməyən və ya müvafiq paketə abunəliyi dayandırmayan nömrələrdə, avtomatik olaraq “100MB=2AZN” paketi, “60MB=1AZN” paketi ilə əvəz ediləcək


    Eyni zamanda, “Azercell Telekom” MMC-nin fakturalı və fakturasız xətt sistemində mövcud olan nömrələr üçün 50 MB həcmli aylıq adlı İnternet paketinin istifadə müddətində və həcmində dəyişiklik tətbiq olunacaqdır. Belə ki, həmin paketin həcmi artırılaraq 60 MB, istifadə müddəti isə 15 təqvim günü kimi tətbiq ediləcək. İstifadə müddəti ərzində istifadə edilməmiş internet trafiki növbəti dövrə keçirilmir. Bu 15 günlük müddət bitdikdən sonra fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin balansında kifayət qədər vəsait olduqda, abunəlik avtomatik davam etdirilir. Balansda kifayət qədər vəsait olmadıqda, istifadə müddətindən sonrakı 30 gün ərzində balansda həmin paketə abunəliyin davam etməsi üçün kifayət qədər vəsait olduqda müvafiq haqq tutulmaqla abunəlik avtomatik olaraq davam etdirilir, kifayət qədər vəsait olmasa paketə abunəlik ləğv edilir. Fakturalı xətt sisteminə aid nömrələrdə isə həmin internet paketinə abunəlikdən imtina edilməyənədək hər istifadə müddətinin sonunda yenilənərək, hesablanmış xidmət haqqı digər xidmət haqları ilə yanaşı öz əksini müvafiq dövrün sonunda kəsilən hesab fakturada tapır. Fakturalı xətt sisteminə olan nömrənin xətti ikitərəfli bağlandıqda, sistem sonrakı 30 gün ərzində xəttinin statusunu yoxlayır, xətt açılarsa abunəlik davam etdirilir, dəyişiklik olmasa abunəlik ləğv edilir. 09.01.2019-cu il tarixinədək 50 MB-lıq aylıq İnternet Paketinə abunəlik mövcud olan nömrələrdə müvafiq 30 günlük istifadə müddəti bitənədək həmin paketdən istifadə davam edəcək. Bu 30 günlük istifadə müddətdə bitdikdən sonra digər həcmli İnternet Paketlərinə keçid etməyən və ya müvafiq paketə abunəliyi dayandırmayan nömrələrdə, avtomatik olaraq “50MB=1 AZN” (30 günlük istifadə müddəti) paketi, “60 MB=1AZN” (15 günlük istifadə müddəti) paketi ilə əvəz ediləcək


    Qeyd: Abunəçilər göstərilən dəyişiklər, Tarif və İnternet paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəz etmə və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.