Xəbərlər

  • Azercell abunəçilərinin nəzərinə

    08.01.2019-cu il tarixindən etibarən, “Azercell Telekom” MMC-nin fakturalı xətt sistemində mövcud olan “Hər Yerə” tarif paketində hesablama intervalı 30 saniyə, “Socar” və “Dovletcell” tarif paketlərində isə hesablama intervalı 15 saniyə tətbiq olunacaqdır.

    08.01.2019-cu il tarixindən etibarən, fakturalı xətt sisteminə aid nömrələr üçün “Biznes 200” tarif paketinə qoşulma dayandırılacaq. Həmin tarif paketindən istifadə edən nömrələr isə müvafiq şərtlərdən yararlanmaqda davam edə biləcək.

    Qeyd:

    Abunəçilər göstərilən dəyişiklər, Tarif və İnternet paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəz etmə və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.