Xəbərlər

  • Azercell abunəçilərinin nəzərinə

    15.05.2018 tarixindən etibarən, fakturasız (SimSim) xətt sisteminə aid nömrələrdə mövcud olan “Azercellim”, “Bizimkilər”, “Hər yerə”, “GəncSim”, “Bölgə”və “Tələbə birliyi” tarifləri çərçivəsində hər bir SMS-in qiyməti 5 qəpik təşkil edəcəkdir. Eyni zamanda “GəncOl” və “Kombo” tarifləri çərçivəsində təqdim edilən paketdən əlavə göndərilən hər bir SMS-in qiyməti 5 qəpik təşkil edəcəkdir.

    15.05.2018 tarixindən etibarən, fakturalı xətt sisteminə aid nömrələrdə mövcud olan “Bizimkilər”, “Hər yerə”, “Biznes200”, “Dövlətcell”, “SOCAR” və “Mediacell” tarifləri çərçivəsində hər bir SMS-in qiyməti 5 qəpik təşkil edəcək. Eyni zamanda “Hədsiz” və “Hədsiz Zəng” tarifləri çərçivəsində təqdim edilən paketdən əlavə göndərilən hər bir SMS-in qiyməti 5 qəpik təşkil edəcəkdir.