Xəbərlər

  • Abunəçilərin nəzərinə

    Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının qanunvericiliyinə, abunəçilərlə münasibətləri tənzimləyən Abunə Müqaviləsinin şərtlərinə və şirkətimizdə mövcud olan qaydalara əsasən “Azercell Telekom” MMC-nin təqdim etdiyi xidmətlər çərçivəsində istifadəyə verilən nömrə ilə bağlı bütün hüquqlar və vəzifələr yalnız abunəçiyə (nömrə adına rəsmiləşdirilmiş şəxs) tətbiq edilir.

    Bəzi istifadədə olan nömrələrin abunəçinin adına rəsmiləşdirilməsi ilə əlaqədar hazırda tərəfimizdən araşdırma aparılır. Həmin nömrələrə SMS-ilə məlumat təqdim edilərək, nömrənin istifadəyə verilməsi ilə bağlı ən azı şəxsiyyət vəsiqəsi ilə, mövcud olduqda isə əlavə sənədlərlə (rəsmi diler və ya səlahiyyətli nümayəndə tərəfindən möhür ilə təsdiq edilmiş Abunə müqaviləsinin nüsxəsi və s.) Müştəri Xidmətləri ofislərinə müraciət etmək xahiş edilir.

    Əks halda həmin nömrəyə xidmət göstərilməsi dayandırılacaq.