Press-relizlər

  • 27-09-2017

    Azercell-dən daha bir yenilik

    Yeni konsepsiyalı “Azercell Ekslüziv” mağazası abunəçilərin istifadəsinə verildi


    Azercell şirkəti xüsusi rahatlığı və innovativ tərzi ilə seçilən növbəti mağazasını istifadəyə verib. Müştəri xidməti sahəsində hər zaman yenilikləri ilə fərqlənən, müştəri məmnuniyyətinə böyük önəm verən şirkət sentyabrın 26-da Bülbül prospektində (Sahil metrosunun yanı) yeni konsepsiyalı Sahil Franchise ofisini abunəçilərin ixtiyarına verib. 110 m2 ərazidə yerləşən və ən müasir avadanlıqla təhciz olunan ofis yeni Nordic konsepsiyasına uyğun olaraq qurulub.

    Açılış mərasimində çıxış edən şirkətin prezidenti Vahid Mürsəliyev bu mağazanın Azercell-in uzun illər etibarlı partnyoru olmuş NLT şirkəti ilə qarşılıqlı etibar və peşəkarlıq əsasında qurulmuş sağlam biznesinin nümunəsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, mərkəz Azercellin özünü doğrultmuş konsepsiyası əsasında tərtib olunaraq NLT şirkəti tərəfindən uğurla idarə olunacaq və hər zaman abunəçilərə yüksək səviyyədə xidmət göstərəcək. Həmçinin, abunəçilərinin operativ və keyfiyyətli xidmətdən istifadəsini təmin etmək üçün Azercell-in bütün ölkə boyu yeni konsepsiyalı Ekslüziv ofislərinin sayını artırmaqda davam edəcəyini qeyd edib.

    Mağazanın xüsusi özəlliyi ofisdə açıq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilər. Düzgün seçim etməkdə, xidmətləri qoşmaqda və digər məslələrdə isə müştərilərimizə peşəkar satıcılar dəstək olacaqlar. Bu ofisdə də digər Müştəri Xidmətlərində təqdim olunan butun əməliyyatlar, izahli qaimə ve addan ada əməliyyatları istisna olmaqla icra olunur. Abunəçilərimiz mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuralar, cihazlar əldə edə, eyni zamanda mobil telefonları kredit və nağd şəkildə ala bilərlər.

    Qeyd edək ki, ofisin açılışı münasibəti ilə şirkət Azercell-in xüsusi loyallığı ilə seçilən müştərilərinə bütün telefonlara 50% endirim də təqdim edib.

    Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

    Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.