Press-relizlər

  • 17-08-2017

    4G-dəstəkli LG FLEX 2 smartfonu indi YARI QİYMƏTƏ

    Azercell Telekom MMC 4,5 milyonluq abunəçi ailəsi üçün sərfəli smartfon kampaniyalarını davam etdirir. İndi Azercell ailəsinin üzvləri 17.08.2017-ci il tarixindən etibarən 4G-dəstəkli LG FLEX 2 smartfonunu inanılmaz sərfəli qiymətlərlə əldə edə bilərlər. Belə ki, yeni smartfon kampaniyası çərçivəsində abunəçilər LG FLEX 2 telefonuna 50% ENDİRİMLƏ aylıq cəmi 45AZN-dən başlayan ödənişlə sahib olmaq imkanı qazanırlar. Yeni telefonla yanaşı abunəçi LG W100 qol saatı HƏDİYYƏ, 12 aylıq 5GB, 10GB və ya Limitsiz (50GB) Mobil İnternet paketlərindən faydalanmaq şansı əldə edir.

    Kampaniyaya qoşulmaq üçün abunəçilər Azercell Müştəri Xidmətləri Ofislərinə yaxınlaşıb mövcud təkliflərdən birini seçə bilərlər.

    Azercell-in bu yay abunəçilərinə təqdim etdiyi kampaniyalara qoşulun, yeni smartfon, mobil internet və sərfəli danışıq imkanı qazanın.


    Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

    Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.