Press-relizlər

  • 13-05-2017

    “Gənclər kitab oxuyur" layihəsinin təqdimatı keçirildi

    Azercell Telekom MMC-nin mütaliə sevərlər üçün təqdim etdiyi “Gənclər kitab oxuyur" layihəsinin təqdimatı baş tutdu. Mayın 12-də Gənclik Mall TM-də yerləşən Starbucks kafesində keçirilən təqdimat mərasimində layihədə qiraətçi qismində iştirak edən 11 nəfər gənc tamaşaçılara təqdim olundu. Təqdimatda iştirak edən Azercell şirkətinin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya lahiyənin məqsədi, gözləntiləri barədə öz fikirlərini bildirdi: “Əlinə kitab alıb otağın bir küncündə yerini rahatlayıb oxuyan insanların sayı get-gedə azalır. Yeni texnologiyalar, müasir cihazlar, ən əsası isə İnternet həyatımıza elə sürətlə daxil olub təməl salır ki, köhnə faydalı vərdişlərə artıq vaxt qalmır. Odur ki, kitabı yaşatmaq üçün onu müasir həyata uyğunlaşdırmalıyıq. Bu layihədə məqsədimiz onlayn kitab oxumağı təbliğ etmək, mütaliə mədəniyyətinə yeni çalar qatmaq və gənc azərbaycanlı yazarlara özlərini tanıtmağa kömək etməkdir. Bununla yanaşı, oxu günlərində şəhərimizin sakinləri və qonaları xoş asudə vaxtı keçirmək, həm tanınmış, həm də gənc yazarlarla görüşmək imkanı qazanacaqlar. Bu layihədə bizə məkan və təşkilatı dəstək təqdim etdiyinə görə Starbucks Azərbaycan şəbəkəsinə təşəkkür edirik”.

     

    Tədbirin qonağı Yazıçılar İttifaqının Yaradıcılıq üzrə katibi İlqar Fəhmi də kitabın və mütaliənin əhəmiyyəti və dəyərini vurğulayaraq layihə haqda öz arzu və fikirlərini bölüşdü.

     

    Xatırladaq ki, layihədə qiraətçi qismində iştirak edən gənclər müsabiqə yolu ilə seçiliblər. Belə ki, 18-29 yaş arası gənclər özləri haqqında qısa məlumat, foto və səs nümunələrini Azercell-ə təqdim edərək, müsabiqədə iştirak ediblər. Ən yaxşı qiraətçilər “Gənclər kitab oxuyur” layihəsi çərçivəsində publika qarşısında kitab oxumaq imkanı qazanıblar.

    Layihə çərçivəsində təşkil olunacaq oxu günlərində onlayn kitabxanaya daxil olan əsərlər həftədə bir dəfə gənc qiraətçilər tərəfindən “Starbucks Azerbaijan”nın Gənclik Mall-da yerləşən kafesində oxunacaq. Kafeyə giriş sərbəst olacaq, oxu günləri haqqında əlavə məlumat Azercell-in Facebook səhifəsində dərc olunacaq.

     

    Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz   

    Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.