Press-relizlər

  • 14-04-2017

    “Mobil Müştəri Xidmətləri” ADA Universitetində

    Azercell Telekom MMC tələbə və müəllimlərin rahatlığına yönəlik daha bir aksiyaya dəstək verir.  Şirkətin “Mobil  Müştəri Xidmətləri” 13 və 14 aprel tarixlərində Səyyar Asan Xidməti və Vergilər Nazirliyi ilə birgə ADA Universitetində müəllim və tələbələrinə xidmət aksiyasına qoşulub. Mobil  Müştəri Xidmətlərinin təmsilçiləri Vüqar Namazov və Fuad Tahirov tələbə və müəllim heyətinə ASAN imzaya qoşulma və Azercellin digər xidmətlərində dəstək göstərirlər. Məlumat üçün bildirək ki, Azərbaycanda ilk dəfə olaraq "Asan İmza" mobil elektron imza xidmətini təklif edən Azercell "ASAN xidmət" mərkəzinin 3 ofisində öz mərkəzini yaradıb. Sənədləri ilə bu ASAN mərkəzlərindən birinə, həm də istənilən Azercell Ekspres ofisinə müraciət edən "Azercell" müştərisi şirkətin bütün xidmətlərindən yararlana , həmçinin tarif və kampaniyalar haqqında ətraflı məlumatla tanış ola bilərlər.  Onu da bildirək ki, ASAN mərkəzlərində fəaliyyət göstərən bütün Azercell müştəri xidmətləri ofisləri digər operatorlardan nömrələrini Azercell-in şəbəkəsinə daşımaq istəyən abunəçilərin də ərizələrini qəbul edir.  Beləliklə, Azercell Telekom öz abunəçilərinin və ümumiyyətlə, ölkə əhalisinin xidmətlərdən rahat yararlanmaları üçün ASAN şəbəkəsi ilə müvəffəqiyyətli əməkdaşlığını davam etdirir.

    Qeyd edək ki, Azercell-in “Mobil Müştəri Xidmətləri” 2015-ci ilin sentyabrından etibarən müxtəlif səbəblərdən ofislərə yaxınlaşa bilməyən abunəçilərinin ünvanlarına özü gəlir. “Mobil Müştəri Xidmətləri” Azərbaycanın rayon və şəhərlərinə səfər edərək vətəndaşların istək və gözləntilərini rahat və operativ şəkildə həyata keçirir. Səfərlər zamanı abunəçilərə Müştəri Xidmətləri və AzEx ofislərində Azercell tərəfindən təqdim olunan bütün xidmətlər göstərilir. Qeyd edək ki, müştərilərə xidmət sahəsində bu konsepsiya  ölkədə abunəçilər tərəfindən çox müsbət qarşılanır.

     

     

    Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz    

    Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.