Press-relizlər

  • 16-03-2017

    4G Mi-Fi və 3G USB modem kampaniyası başladı

    Azercell-dən 4G Mi-Fi və 3G USB modemləri ilə Sərfəli İnternet HƏR YERDƏ


    15 Mart 2017-ci il tarixindən etibarən Azercell Telekom MMC öz abunəçiləri üçün yeni 4G MiFi və 3G USB Modem kampaniyasına başlayır. Kampaniya çərçivəsində abunəçilər 4G MiFi və 3G USB Modem cihazlarını nağd və ya sərfəli kredit şərtləri ilə əldə edə bilərlər. Bundan əlavə, kampaniya müddətində abunəçilər sərfəli internet paketlərindən də yararlana biləcəklər. Belə ki, abunəçilərə ilk ay bonus İnternet paketi hədiyyə edilir.

    4G MiFi cihazını 60 AZN məbləğində ilkin ödəniş edib 10 ay ərzində LİMİTSİZ=30AZN paketi ilə, yaxud birdəfəlik 120 AZN ödəniş etməklə əldə etmək mümkündür. Kampaniyaya qoşulduqda abunəçiyə ilk ay LİMİTSİZ internet paketi HƏDİYYƏ olaraq təqdim olunur. 4G MiFi 100 Mb/s-ə qədər internet sürəti təmin edir. Bundan əlavə, MiFi eyni zamanda 10 cihazın İnternetə qoşulmasına imkan verir.

    3G USB modemlərini isə ilkin ödəniş 20 AZN və 10 aylıq 10GB=10AZN internet paketi ilə və ya birdəfəlik 35 AZN-lik ödənişlə əldə etmək mümkündür. Kampaniya çərçivəsində modemlə yanaşı abunəçiyə pulsuz nömrə və ilk ay 10 GB internet HƏDİYYƏ təqdim olunur. 3G USB modem 21.6 Mb/s-ə qədər internet sürətini təmin edir.

    Kampaniyaya qoşulmaq üçün abunəçilər Azercell Müştəri Xidmətləri və ya Diler Ofislərinə yaxınlaşıb mövcud  təkliflərdən birini seçə bilərlər. 4G MiFi cihazlarını yalnız Bakı ərazisində yerləşən satış məntəqələrində əldə etmək mümkündür.