Xəbərlər

  • Azercell hesab-fakturanı tam olaraq rəqəmsallaşdırır

    Ölkənin lider mobil operatoru abunəçilərinin faktura hesabı haqqında məlumatı artıq bilavasitə onların elektron ünvanlarına göndərəcək

    Rəqəmsallaşma istiqamətində apardığı davamlı yeniliklərin tərkib hissəsi kimi ölkəmizdə elektron xidmətlərindən istifadəni daha da genişləndirmək məqsədilə Azercell Telekom elektron hesab-faktura sisteminin tətbiqinə başlayır. Bildiyimiz kimi, hesab fakturaların kağızda çap edilməsi ətraf mühitə mənfi təsir göstərməklə öz-özlüyündə məhdud təbii resursların israfı ilə nəticələnir. Belə olan halda, məlumat mübadiləsinin elektron formada təşkilini daha da səmərəli və istifadə baxımından rahat sayılır. Həmçinin, bir çox abunəçilərin vaxtı ilə təqdim etdikləri ünvan məlumatlarının qeyri-dəqiq olması və ya digər səbəblər (abunəçinin başqa ünvana köçməsi, yeni ünvan sisteminin tətbiqi və sair) şirkət tərəfindən ünvana göndərilən hesab-fakturaların alıcıya çatmaması ilə nəticələnə bilirdi. Artıq abunəçilər Azercell Müştəri Xidmətləri mərkəzlərinə müraciət edərək, ödənişsiz əsaslarla elektron poçt ünvanına hesab-fakturanın göndərilməsi xidmətini aktiv edə bilərlər. Bundan başqa, abunəçilər hesab-fakturalar barədə məlumat əldə etmək üçün digər alternativ imkanlardan da yararlanmaq iqtidarında olacaq. Belə ki, “Kabinetim” mobil tətbiqi və veb versiyası üzərindən abunəçilər nömrənin cari vəziyyəti barədə məlumatları yoxlaya, o cümlədən son üç hesab-faktura ilə tanış ola, müxtəlif əməliyyatlar həyata keçirə bilərlər. Həm də, abunəçilər nömrənin cari vəziyyəti (o cümlədən hesab faktura məbləğləri) barədə məlumatı 650 xidməti (1 SMS üçün xidmət haqqı – 0,0236 AZN ƏDV daxil) vasitəsi ilə əldə etməsi mümkündür. Eyni zamanda, abunəçilər istənilən Müştəri Xidmətləri mərkəzinə müraciət etməklə, nömrələrinə dair hesab fakturanın çap variantını kağız daşıyıcıda pulsuz olaraq əldə etmək imkanına malikdirlər.

    Qeyd edək ki, yeni elektron xidməti ilə bağlı 25 yanvar 2020-ci il tarixindən etibarən Azercell Telekom tərəfindən kağız daşıyıcıda hesab-fakturaların abunəçilərin poçt ünvanına və faksla çatdırma xidməti ləğv ediləcək.

    Abunəçilər göstərilən dəyişiklər, hesab fakturaların elektron poçt ünvanına çatdırılması xidmətinin sifarişi və imtina qaydası barədə şirkətin rəsmi internet səhifəsindən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (Müştəri Xidmətləri mərkəzləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə edə bilər.

    Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

    Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.