Xəbərlər

  • Azercell abunəçilərinin nəzərinə

    • “Azercell Telekom” MMC tərəfindən 29.05.2019 tarixindən etibarən, fakturalı xətt sisteminə aid nömrələr üçün yeni “Sərbəst 15”, “Sərbəst 25”, “Sərbəst 50” və “Sərbəst 75” tarif paketləri istifadəyə verilmişdir. Yeni tarif paketlərin aktuallığını nəzərə alaraq, 19.08.2019-cu il tarixindən etibarən, fakturalı xətt sisteminə aid nömrələr üçün “Hədsiz”, “Hədsiz Zəng” və “Hədsiz İnternet” tarif paketlərinə qoşulma dayandırılacaq. Qeyd olunan tarixə kimi qoşulan abunəçilərə standart qaydalara əsasən tarifdən ümumi əsaslarla istifadəyə davam etmək imkanı təmin olunacaqdır.

    • 19.08.2019-cu il tarixindən etibarən, fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün mövcud olan 25, 50, 100 AZN nominallı danışıq (ödəmə) kartlarından istifadə müddəti 180 gün tətbiq olunacaqdır.