Press-relizlər

  • 06-07-2019

    Azercell-dən yeni cihaz kampaniyası

    Yüksək sürətli interneti hər kəs üçün əlçatan etməyi hədəfləyən Azercell abunəçilərini yeni kampaniya ilə sevindirir. Belə ki, 3G USB, 3G MiFi və ya 4G MiFi cihazlarından birini əldə edən abunəçilər, hədiyyə qismində verilən sərfəli internet paketlərindən yararlana biləcək. Qeyd edək ki, abunəçi tərəfindən ödənilən məbləğin 100%-i cihaz üzərində təqdim olunan nömrənin balansına geri qaytarılır. Cihazlar nağd ödəniş əsasında satıldığından, növbəti aylarda məcburi abunə haqqı tələb olunmur və cərimə tətbiq edilmir.

    Beləliklə, kampaniya çərçivəsində 149 AZN ödəyərək, 4G MiFi alan abunəçilər 5 ay boyunca hər ay hədiyyə qismində təqdim olunan Limitsiz internet paketindən istifadə edəcək. Dəyəri 99 AZN olan 3G MiFi cihazını alan istifadəçilər 5 ay ərzində hər ay ödənişsiz təqdim edilən 30 GB-lıq internet paketindən yararlana biləcək. 3G USB cihazını 24 AZN ödəyərək, əldə edən abunəçilərə isə 3 ay boyunca hər ay 10 GB həcmində internet paketi hədiyyə olunacaq.

    Kampaniyaya qoşulmaq üçün abunəçilər Azercell Müştəri Xidmətləri, Azercell Eksklüziv Mağazaları və ya Diler Ofislərinə müraciət edərək, mövcud təkliflərdən birini seçə bilər.

    Ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/devices/broadband_device/ səhifəsinə daxil olun.

    Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

    Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.