Press-relizlər

  • 19-07-2019

    230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb

    Ən son texnologiyaların tətbiqi ilə insan həyatının keyfiyyətini artırmağı hədəfləyən Azercell Telekom ödənişsiz göz müayinələrinin təşkilini davam etdirir. Belə ki, cari ilin aprel-iyun ayları ərzində 230-dan çox insan Azercell-in “Mobil Göz Klinikası”nın oftalmoloji müayinələrindən keçmişdir. 8 illik fəaliyyəti dövründə müasir avadanlıqla təchiz olunmuş klinika Bakı da daxil olmaqla, Azərbaycanın əksər rayonlarında yerləşən uşaq və ahıllar evlərinə, internat məktəblərinə səfərlər etmiş, 7500-dən çox insana xidmət göstərmişdir. Bu müayinələr zamanı ehtiyac yaranan hallarda müalicələr təyin edilmiş, optik eynəklər paylanmışdır. Valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin müayinəsinin təşkilini və profilaktikasının aparılmasını təmin etmək məqsədilə yaradılan “Mobil Göz Klinikası”-nın xidmətlərindən eyni zamanda ahıllar, aztəminatlı ailələr və məcburi köçkünlər də yararlanır.

    Qeyd edək ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir.


    Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

    Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.