Xəbərlər

  • Azercell ilə öz veb-saytını yarat!

    Müasir texnologiyalar və rəqəmsal həllərin tətbiqi ilə müştəri rahatlığını təmin etməyi hədəfləyən Azercell bu sıradan olan daha bir yeniliyə imza atıb. Belə ki, şirkət dünyanın rəqəmsal xidmətlərini daha da əlçatan etmək məqsədi ilə, korporativ abunəçiləri üçün ”Biznes Web” - veb-sayt yaratma xidmətini istifadəyə verib. Bu xidmətin köməyilə Azercell abunəçilərinə bizneslərini daha da genişləndirməyə və inkişaf etdirməyə dəstək olacaq.

    “Biznes Web” xidməti çərçivəsində təklif edilən sayt idarəetmə sistemi “Windows” və “Mac OSX” əməliyyat sistemlərini dəstəkləyir və pəncərəyə əsaslanan interfeysi özündə birləşdirir. Məzmunun hər bir növü üçün ayrı tətbiqin olması idarətmə prosesini daha da sürətləndirir və asanlaşdırır.

    Korporativ abunəçilər business@azercell.com e-mail ünvanına müraciətlərini göndərməklə, sayt əldə etmək fürsətindən yararlana bilər.

    Veb saytın yaradılması və kontentin idarəedilməsi üzrə texniki dəstək Owbike platfomu üzərindən təmin olunur.

    Azercell-in korporativ abunəçilər üçün geniş çeşiddə məhsul və həllər təklif etməsi onun inteqrasiya etmiş telekom tərəfdaşı kimi tanınmasının əsas göstəriciləridir.

    Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

    Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.