Xəbərlər

  • Azercell abunəçilərinin nəzərinə

    “Azercell Telekom” MMC tərəfindən 16.04.19 tarixindən etibarən “Sadə” tarif paketi abunəçilərin istifadəsinə təqdim olunur. Tarif çərçivəsində abunəçilərə 2 AZN müqabilində həftəlik istifadə üçün nəzərdə tutulan 150 şəbəkəiçi dəqiqə və 150 şəbəkəiçi sms, 6 AZN müqabilində aylıq istifadə üçün nəzərdə tutulan 500 şəbəkəiçi dəqiqə və 500 şəbəkəiçi sms əldə etmə imkanı verilir. Beləliklə, yeni tarifin təqdim etdiyi imkanların aktuallığını nəzərə alaraq, 23.05.2019-cu il tarixindən etibarən, fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün “Kombo” tarif paketinə qoşulma dayandırılacaq. Həmin tarif paketindən istifadə edən nömrələr isə müvafiq şərtlərdən yararlanmaqda davam edə biləcək. Qeyd: Abunəçilər müvafiq Paketlərin sifarişi və istifadə şərtləri, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.