get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
Biznesim Loyallıq

Biznesim Loyallıq

Üstünlüklərlə zəngin unikal loyallıq proqramı

Biznesim Loyallıq

Xüsusi olaraq "Biznesim Klubu" üzvləri üçün

İllik ödənişlərin 7%-ni hesabınıza geri qaytarmaqla xüsusi bonuslardan yararlanın.

Əlaqə

Üstünlüklər

Xüsusi bonuslar

İllik ödənişlərin 7%-ni bonus məbləği şəklində əldə edin

Faktura ödənişləri

Hesablarınızı qazandığınız bonuslarla ödəyin

Pulsuz cihazlar

Mobil cihazları bonuslarınızın hesabına əldə edin

images

İşləmə mexanizmi:

Korporativ müştəri Azercell Biznes ilə müqavilə imzalayır

Müqavilənin müddəti 1 ildən 5 ilədəkdir

İllik ödəniş məbləğinin 7%-i bonus şəklində müştərinin hesabına geri qaytarılır

Bonus ödəniş günü hesaba oturur

Yığılmış bonusların istifadəsi yalnız 1 ildən sonra mümkündür

Bonus məbləğindən ödənişlər və ya mobil cihazların əldə edilməsi üçün istifadə oluna bilər

Ödənişlər "Kabinetim" üzərindən və ya "Azercell"in Korporativ Müştərilərə Dəstək Mərkəzi ilə əlaqə saxlanılaraq həyata keçirilə bilər

Mobil cihazları "Azercell"in korporativ müştərilərlə iş üzrə nümayəndəsi ilə əlaqə saxlayaraq əldə etmək olar

Bonus məbləğini gündəlik idarə edin
Kabinetim

Bonus məbləğini gündəlik idarə edin

"Kabinetim" tətbiqi ilə bonus məbləğini asanlıqla idarə edə, köçürə və istifadə tarixçəsinə baxa bilərsiniz.

Əlavə məlumat

"Biznesim Loyallıq" proqramına "Azercell"ə edilən illik ödənişlərinin məbləği 6000 AZN-dən çox olan müəssisə və təşkilatlar qoşula bilər.

Proqrama qoşulmaq üçün "Azercell"in korporativ müştərilərlə iş üzrə nümayəndəsinə müraciət etmək lazımdır.

Bonus məbləğini şirkətin bilavasitə təyin etdiyi nümayəndə istifadə edə bilər.

Bonus məbləği fiziki şəxslərin adına olan nömrələr istisna olmaqla şirkətdaxili istənilən nömrənin balansına köçürülə bilər.

Köçürülən məbləğ miqdarca bonus məbləğindən çox ola bilməz.

Mövcud mobil cihazların siyahısı və qiymətləri barədə məlumatı "Azercell"in məsul nümayəndəsi ilə əlaqə saxlayaraq əldə etmək olar.

Alınacaq cihazların qiyməti mövcud bonus məbləğindən yüksək ola bilməz.