Azercell şirkəti öz fəaliyyətini qanunlara və etik standartlara riayət üzərində qurur. Əməkdaşlarımız öz vəzifələrini yerinə yetirərkən, qanunlara və biznes etikasına uyğun davranmalı və pozuntulara yol verməkdən çəkinməlidirlər. Azercell ölkədə etika və komplayens proqramının mövcud olduğu azsaylı şirkətlərdəndir. Qanunlara və etik standartlara sadiqlik şirkətin işgüzar nüfuzuna müsbət göstərir, pozuntu və itkilərin qarşısının alınmasına kömək edir.
Şirkətimiz öz biznes partnyorlarından da qanuna və etik standartlara uyğun davranış gözləyir. Şirkətin təchizatçıları Təchizatçının Davranış Kodeksində nəzərdə tutulmuş tələbləri yerinə yetirməyə borcludurlar.
Azercell əməkdaşlarına etik biznes standartları üzrə mütəmadi olaraq təlim keçirilir. Təlimlərdə etik davranış, Azercell dəyərlərinə sadiqlik və qanunlara riayət təşviq edilir.
Azercell işçilərinin və bizimlə əməkdaşlıq edən hər kəsin şirkətin və onun əməkdaşlarının onlara məlum olan qanunsuz hərəkətləri və pozuntuları barədə məlumat vermək və belə məsələləri konfidensial şəkildə müzakirə etmək imkanı vardır. Bunun üçün speakup@azercell.com e-mail kanalı yaradılmışdır. Bu kanal vasitəsilə verilən məlumatlar araşdırılır və zəruri tədbirlər görülür. Bundan, əlavə Azercell işçiləri şəxsən və ya telefon vasitəsilə də onları narahat edən etik məsələlərlə bağlı şirkətin səlahiyyətli bölməsinə müraciət edə bilirlər.
Etika ve Davranış Kodeksi
Təchizatçının Davranış Kodeksi
![]() |