Siz ərazisindəsiniz
Heç böyük bir brendin bir hissəsi olmağı xəyal etdinizmi?
İndi Azercell-in tərəfdaşı olmaq şansınız var!
Biznes bacarıqlarımızı və şöhrətimizi bölüşmək üçün getdiyimiz yolun növbəti mərhələsində, bizə qoşulacaq Dilerlər axtarırıq.
Ölkənin qabaqcıl telekommunikasiya brendi ilə xüsusi əlaqələrə malik olacaq və bunun sizə verdiyi güzəştlərdən yararlana biləcəksiniz:
Satış fəaliyyətinizə əsasən vaxtında və böyük miqdarda komission mükafatları və bonus ödəniş proqramları əldə edəcəksiniz.
Çeşidli fakturalı və fakturasız xətt məhsulları portfelimiz sayəsində digər gəlir imkanları da mövcuddur.
Dilerlərimiz aparıcı telekommunikasiya brendi ilə xüsusi əlaqələrin verdiyi güzəştlərdən əlavə, xüsusi Azercell komandasının davamlı dəstəyini də qazanır. Bu komanda sizin biznesinizi uğurlu etməyə yardımçı olacaq.
Həmçinin, xüsusi Satış Meneceri, artım və biznesin inkişafı istiqamətində qarşıya qoyulan məqsədlərə nail olmaq üçün sizə yardım edəcək.
Satış və Marketinq dəstəyinə regionunuzda mağazanızın mövcudluğunu bərqərar etmək üçün strateji biznes planlaşdırması və marketinq kampaniyaları və satış təşəbbüslərinin hazırlanması daxildir.
Azercell şirkəti sizi və əməkdaşlarınızı davamlı və hərtərəfli təlim proqramları ilə təmin edəcək.
Azercell Akademiyası tərəfindən təşkil edilən Avadanlıq və Proqram Təminatı Vərdişlərinə dair təlimlər, xaricdən dəvət olunan peşəkarların keçdiyi Satış üzrə Mütəxəssis təlimləri, məhsullarla bağlı yerində təlimlər və s. daha böyük satış nəticələrinə nail olmağınıza kömək edəcək.
Hazırda bu bölgələrdə mağaza açmaqda maraqlıyıq:
Şərtlər və Qaydalar linkə daxil olun.
E-mail ünvanı: dilerlik@azercell.com
Müraciət üçün xanaları doldur
Sizinlə ən qısa zamanda əlaqə saxlayacağıq!
Ən çox axtarılanlar
Abunəlik uğurla tamamlanmışdır