Pro-Təcrübə proqramı, Azərbaycan və xarici universitetlərin bakalavr proqramlarının sonuncu iki kursunda oxuyan tələbələr, həmçinin magist və məzunlar üçün Azercell şirkətinin peşəkar mütəxəssisləri ilə birlikdə işləyərək, əvəzolunmaz peşəkar təcrübə qazanmağın ən effektiv üsuludur.
Pro-Təcrübə, tələbələrə 2-6 aylıq könüllü staj proqramına qoşulmaq, şirkətin vacib və əhəmiyyətli layihələrində iştirak etmək və eyni zamanda onlara gələcək karyeralarını şirkətdə başlamağa şərait yaradan əvəzsiz fürsətdir.
Seçimin ilk mərhələsində müraciətiniz Azercell əməkdaşları tərəfindən qiymətləndiriləcək. Birinci mərhələdən keçən namizədlər növbəti mərhələyə dəvət olunacaq və müxtəlif testlər, və müsahibələr vasitəsilə qiymətləndiriləcəkdir. Qiymətləndirmə prosesində tələbələrin və məzunların akademik fəaliyyəti, peşə bilikləri və digər maraqları da nəzərə alınacaqdır. Seçim prosesinin son mərhələsi qiymətləndirmə və üz-üzə müsahibələr daxildir.
Təcrübə sahəsini seçmək üçün vakansiyalar bölümünə müraciət edin
Əlavə məlumat üçün internship@azercell.com e-mail ünvanına və 994 (12) 496 70 07 telefonla müraciət edə bilərsiniz.
CV və Tələbə vəsiqəsinin skan versiyası
Yalnız https://azercell.easyhire.me/login daxil olaraq sizə uyğun ixtisasa daxil olub “APPLY” seçərək müracət edə bilərsiniz.
Xeyr, Pro-Təcrübə proqramı Azercell şirkəti tərəfindən ödənişsizdir
Azərbaycan Universitetləri ilə yanaşı, digər ölkələrin Ali Məktəblərində təhsil alan tələbələr də iştirak edə bilər.
Əgər göstəriciləriniz elan olunmuş ixtisas tələblərinə uyğun gələrsə, bir neçə ixtisasa müraciət edə bilərsiniz. Lakin birinə seçiləcəksiniz.
Müraciət qəbulu bitən gündən dərhal sonra seçim mərhələləri başlayacaqdır.Hər bir halda bütün namizədlərə geridönüş e-mail vasitəsilə bildiriləcəkdir.
Bəli mümkündür.
Yalnız elanda qeyd olunan ixtisas tələbləri üzrə müraciət edə bilərsiniz
Xeyr, hər növbəti proqram üçün yenidən CV göndərməlisiniz
Yalnız son iki kurs və magistr tələbələri müraciət edə bilərlər.