get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

ARAZ HEYDƏROV

"Bakı Mühəndislik Universitetinin Kompüter Mühəndisliyi ixtisası üzrə təhsil alıram. Öncədən arzum məhz bu ixtisas üzrə təhsil almaq olub. Gələcəkdə isə Avropa ölkələrinin birində magistr dərəcəsini almağı planlaşdırıram. Məqsədim vətənimə yüksək ixtisaslı mütəxəssis kimi dönmək, ölkəmizdə bu sahəni daha da inkişaf etdirməkdir.

Azercell-in əvəzolunmaz dəstəyi məni hədəfimə daha da yaxınlaşdırır. Azercell şirkətinin keçirdiyi Tələbə Təqaüd proqramında 25 qalibdən biri mən oldum. Şirkət mənə maddi baxımdan dəstək olmaqla yanaşı, həmçinin Tələbə Təcrübə proqramı çərçivəsində şirkətdə təcrübə keçib, uğurlu karyera qurmağım üçün fürsət yaratmışdır. Düşünürəm ki, Azercell şirkətinin savadlı və bacarıqlı gənclərimizə göstərdiyi dəstək çox təqdirə layiqdir.

Təşəkkürlər Azercell."

MƏMMƏDZADƏ İLQAR

"Bakı Dövlət Universitetinin SABAH qruplarında Hüquqşünaslıq ixtisası üzrə təhsil alıram. Təhsilimi tamamladıqdan sonra, bu sahə üzrə biliklərimi daha da dərinləşdirmək üçün hüquq üzrə magistratura təhsili almağı planlaşdırıram. Əsas hədəflərimdən biri öz ixtisasım üzrə xarici ölkələrin qabaqcıl və inkişaf etmiş praktikası haqqında maariflənib, Azərbaycanda əldə etdiyim təcrübəni tətbiq etməkdir. Çalışıram ölkəmiz üçün faydalı vətəndaş olum. Məqsədimə çatmaq üçün hal-hazırda dərslərimə çox diqqətlə yanaşıram və daim öz üzərimdə çalışıram.

Azercell şirkətinin tələbələrin təhsilinə dəstək vermək məqsədilə Tələbə Təqaüd proqramının keçirilməsini çox yüksək qiymətləndirirəm. Düşünürəm ki, Azercell şirkəti ölkəmizdə bacarıqlı kadrların formalaşması istiqamətində daim işlər görür və gənclərimizə xüsusi qayğı ilə yanaşır.

Fürsətdən istifadə edərək, mənimlə birgə qalib olan digər tələbələri də təbrik edirəm."

FƏRƏCOVA RAİSƏ

"Naxçıvan Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisası üzrə təhsil alıram. 2015-ci ildə universitetə 665 bal toplayaraq daxil olmuşam. Hədəfim gələcəkdə təhsilimi xaricdə davam etdirməkdir.

Azercell şirkəti tərəfindən Tələbə Təqaüd Proqramının keçirildiyini bildikdə özümü sınamaq qərarını aldım. Seçim mərhələlərindən uğurla keçdim və Azercell-in təqaüdçüsü adını qazandım. Azercell şirkətinə bizə bu fürsəti yaratdığı üçün bütün qalib gələn tələbələrin adından təşəkkür edirəm.

Biz, tələbələr üçün bu dəstək həqiqətən əvəzolunmazdır.

Azercell ailəsinə gələcəkdə bütün layihələrində uğurlar arzu edirəm."