Azərbaycan dilindəIn EnglishПо-русски

Tarif dəyişikliyi

Siz tarifinizi müxtəlif yollarla dəyişə bilərsiniz:


SMS vasitəsilə


Azercell Fakturalı Xətt abonentləri üçün:

  • keçmək istədiyiniz tarifin adını yazın, 650 nömrəsinə göndərin. Bir SMS-istəyin qiyməti – 0.02 AZN.

SimSim abonentləri üçün:

  • keçmək istədiyiniz tarifin adını yazın, 7575 nömrəsinə göndərin. Bir SMS-istəyin qiyməti – 0.03 AZN.

Tarif dəyişikliyini təsdiq edən SMS-mesajı sizə 24 saat ərzində çatdırılacaq.


Onlayn Xidmətlər vasitəsilə


Onlayn Xidmətlər bölümünə müraciət edin, istifadəçi adı və şifrənizi daxil edib şəxsi səhifənizə keçin*, “Tarif dəyişikliyi”-ni seçin və menyudan istəyiniz tarifi qeyd edin.

* şəxsi səhifənizi yaratmaq üçün səhifənin QEYDƏ ALIN hissəsinə müraciət edin.


Müştəri Xidmətləri və Azercell Ekspres ofisləri vasitəsilə


Müştəri Xidmətləri və Azercell Ekspres ofislərindən birinə yaxınlaşın, istədiyiniz tarifi seçin.

Cari tarifiniz barədə məlumat almaq üçün 1005 nömrəsinə boş SMS göndərin.
1005 nömrəsinə göndərilən 1 SMS-in qiyməti – 0.02 AZN.


SimSim-dən Azercell Fakturalı Xətt-ə keçid


Siz istifadə etdiyiniz nömrəni saxlamaqla Azercell Fakturalı Xəttə keçə bilərsiniz.

Sim-kart dəyişikliyi (PULSUZ həyata keçirilir) üçün Müştəri Xidmətinə və ya Azercell Ekspres ofislərinə müraciət edə bilərsiniz.
Tələb olunan müvafiq sənədlər haqqında məlumatı “Fiziki şəxslər üçün qoşulma qaydaları” bölümündən əldə edə bilərsiniz.


Müştəri Xidmətləri

Azercell Fakturalı Xətt — 6565

SimSim — 2002

Ətraflı