Ümumi qeydlər

  • Yeni və bərpa edilən SimSim nömrələr birbaşa Bizimkilər tarifinə qoşulur.
  • SimSim sisteminə qoşulmaq üçün ilkin ödəniş – 5 AZN (nömrənin balansında öncədənyüklənilmiş 5 AZN (bütün istiqamətlərə (Paycell və rominq xaric) 365 gün ərzində sərf oluna bilər) və 50 SMS olur, xətt 6 ay ərzində gələn zənglər/mesajlar üçün açıqdır).
  • Nömrəniz abonentlik dövrü bitdiyinə görə ləğv olunubsa, Müştəri Xidmətləri və ya Azercell Ekspres ofislərinə yaxınlaşaraq, nömrənizi pulsuz olaraq aktiv edə bilərsiniz. Nömrə bərpa edildikdən sonra 1 saat ərzində nömrənizin balansına 2.50 AZN (bütün istiqamətlərə (Paycell və rominq xaric) 365 gün ərzində sərf oluna bilər). Bu imkandan hər abonent ildə 1 dəfə istifadə edə bilər.
  • Nömrə aktiv edildiyi zaman təqdim olunan bonus məbləğ və həmçinin hər hansı bir kampaniya daxilində təqdim edilən bonus məbləğlər başqa tariflərə keçid zamanı abonentin balansında qalır.

Müştəri Xidmətləri

Azercell Fakturalı Xətt — 6565

SimSim — 2002

Ətraflı